Qəlbi necə sağlam saxlamaq olar?
Mьəllif: admin1
Tarix: 11-02-2021, 10:17
Qəlbi necə sağlam saxlamaq olar?
İnsan qəlbi idrak qüvvəsinə malikdir. Allahın yaratdığı bu möcüzəvi üzv, təbii olaraq kamala doğru meyil edər.

Çünki Allah onu elə yaratmışdır ki, kamala doğru meyil etsin. Əgər paslanarsa, bu hədəfindən uzaqlaşmış olar. Bu zaman həmin qəlb, xəstə qəlb kimi qəbul olunacaqdır. Onu Quran vasitəsilə müalicə etmək olar.

Çünki Allah zikrinin təsiri biz təsəvvür etdiyimizdən daha çoxdur.

Qəlbi sağlam saxlamaq – çox çətin bir işdir. Daxildən həvayi-nəfs və zahirdən şeytanın (lən) vəsvəsələri – sağlam qəlb üçün təhlükə yaradan amillərdir.

Əgər bu amillər qəlbə təsir edərsə, insan günah edər və bunun nəticəsində onun sayəsində qəlbi paslanar və ölər. Bu qəlb artıq öz hədəfi yolunda hərəkət etməz.

Həqiqətləri dərk etməkdə gücsüz olar. Bu səbəbdəndir ki, Quran buyurur qəlblərinizi sağlam saxlayın. Bunun üçün yollar tövsiyə edir.

İnsan qəlbi idrak qüvvəsinə malik olduğu üçün ədalətə, yaxşılıqlara və kamala doğru meyil edər. Təbii olaraq hər o şey ki, çirkindir, yolunu azmışdır – onlardan üz döndərər və onları inkar edər.

Sağlam qəlbin gözəlliklərə və yaxşılıqlara meyli olduğu üçün, yaxşılıqlara qarşı müsbət reaksiya verər. Əqidə və imanı əsasında onu qəbul edər. İstəyər ki, hər yerdə yaxşılıqlar və gözəlliklər olsun.

Sağlam qəlb varlıq aləmini düzgün dərk edər. Necə ki, həqiqətləri görmək qabiliyyətinə malikdir, eləcə də varlıq aləmini düzgün dərk etmək qüvvəsinə malikdir.

Lazım olan anda həqiqətləri doğru şəkildə dərk edə bilir. Bu cür dərk qüvvəsinin olması sayəsində insan elə mövzuları dərk edir ki, adi düşüncələrdən daha üstündür. Bu cür qəlb xəşiyyət məqamına çatar. Nəticədə müti olar.

Qurani-Kərim alimləri xəşiyyət əhli adlandırır. Bunun səbəbi odur ki, o, həqiqətləri dərk etmək məqamında tanınmışdır və meyilləri aydındır. Bu insanlar Allah Təalanın əzəmət və cəlalı qarşısında xəşiyyətə və xofa malikdirlər.

Allah Təala Quranda möminlər haqqında danışan zaman buyurur ki, iman o kəslərdə olur ki, sağlam qəlbə malik olsunlar. Bu, sağlam qəlbdir ki, sonradan xəşiyyət əldə edir.

O insanın ki, xəşiyyəti vardır – Allah qarşısında bu insan kimi müti insan olmaz. Nəticədə Allah bu bəndəsinə Öz lütf yağışını yağdırar.

İnsanın qəlbi çiçəklənər və təbiət kimi yaşıl və gözəl olar. Bu qəlb də təbiət kimi, yağışı qəbul edər və oyanmağa, dirilməyə hazır olar.

Bu, İlahi zikrdir ki, qəlbi sağlam saxlayar və onu hər bir vəsvəsələrdən qoruyar. Ona görə də əgər insan qəlbini sağlam saxlamaq istəyirsə, gərək daima zikr əhlindən olsun. Bu insanın həqiqi xəşiyyəti olar və qəlbi Allah qarşısında müti olar.

Beləliklə, deyə bilərik ki, qəlbi sağlam saxlamaq çətin bir işdir, ancaq mümkünlüdür. İnsan qəlbinin sağlam olmasının nişanəsi – xəşiyyətə malik olmasıdır. Əgər qəlb müti olarsa, deməli sağlamdır və həqiqətləri dərk etmək qüvvəsinə malikdir.

Qiyamət günündə məhz bu cür qəlbin sahibləri nicat tapanlardan olacaqdır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031