Pərişanlıq və yoxsulluqdan uzaq olmaq üçün, bu məkruhlardan imtina edək
Mьəllif: admin1
Tarix: 11-02-2021, 20:46
Pərişanlıq və yoxsulluqdan uzaq olmaq üçün, bu məkruhlardan imtina edək
Əllamə Məclisi “Hilliyyətül-mütəqqin” kitabında bəzi hədislərə əsaslanaraq, bəzi məkruh əməlləri tanıtmışdır ki, onlara nəzər salaq.

Həzrət Peyğəmbər (s) cənabətli halda yemək yeməyi qadağan etmiş və buyurmuşdur: “Bu iş ardınca yoxsulluq və pərişanlıq gətirər”.

Dişlə dırnaqları tutmaq, hamamda misvak etmək, burun suyunu məscidə tökmək, siçanın yediyinin qalanını yemək qadağan olunmuşdur.

Həzrət Rəsuli-Əkrəm (s) həmçinin meyvə verən ağacın altına idrar etməyi qadağan etmişdir. Həmçinin Həzrət (s) sol əllə və ya əlini belinə qoyaraq nəyisə yeməyi qadağan etmişdir. Qəbiristanlıqda namaz qılmağı qadağan etmişdir.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim açıq fəzada qüsl alarsa, gərək ehtiyatlı olsun ki, övrəti aşkar olmasın”.

Həzrət (s) kuzənin tutmaq yerindən su içməyi qadağan etmişdir. Həzrət (s) həmçinin qadağan etmişdir ki, insan ayaqqabısının bir tayı ilə yol getsin. Ayaq üstə ayaqqabı geyinməsin.

Həzrət (s) buyurur: “Nə zaman hacət yerinə (ayaq yoluna) daxil olursunuz, üzü qibləyə və ya arxası qibləyə əyləşməyin”.

Həmçinin Həzrət Rəsulallah (s) müsibətlər zamanı yüksək səslə ağlamağı qadağan etmişdir. Qadınlara ölünü basdırmağa getməyi qadağan etmişdir.

Rəsuli-Əkrəm (s) heykəl düzəltməyi qadağan etmişdir. Buyurmuşdur: “Hər kim heykəl düzəldərsə, Allah Təala Qiyamət günü ona əmr edəcəkdir ki, o heykələ ruh üfürsün və qadir olmayacaqdır”.

Həmçinin heyvanı atəşdə yandırmağı qadağan etmişdir. Xoruzu söyməyi qadağan etmişdir. Çünki insanları sübh namazına oyadar.

Başqalarının ticarətinə daxil olmağı qadağan etmişdir. Misal üçün mömin bir şey satmaq istəyər, deyər ki, mənim malım daha yaxşıdır, gəl məndən al.

Qadının ərindən icazə almadan bayıra çıxmasını qadağan etmişdir. Əgər belə edərsə, evə qayıdana qədər yerin və göyün mələkləri onu nifrin edərlər. Əgər qadın naməhrəm üçün bəzənərsə, Allah onu cəhənnəm odunda yandırar...


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031