Qurani-Kərimdə axirət aləmi və onun adları – Bə`s (Göndəriş) günü
Qurani-Kərimdə Qiyamət və axirət aləmi ilə bağlı gözə dəyən adlardan biri də “Bə`s (Göndəriş) günü“dür. “Həcc“ surəsinin 7-ci ayəsində buyurulur:
وَأَنَّ السَّاعَةَ آتِيَةٌ لَّا رَيْبَ فِيهَا وَأَنَّ اللَّهَ يَبْعَثُ مَن فِي الْقُبُورِ “Həqiqətən, saat (Qiyamət günü) mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbirlərdə olanları (dirildib hesab üçün Məhşər səhnəsinə) göndərəcəkdir!“ “Rum“ surəsinin 56-cı ayəsində də buyurulur: وَقَالَ الَّذِينَ أُوتُوا الْعِلْمَ وَالْإِيمَانَ لَقَدْ لَبِثْتُمْ فِي كِتَابِ اللَّهِ إِلَى يَوْمِ الْبَعْثِ فَهَذَا يَوْمُ الْبَعْثِ وَلَكِنَّكُمْ كُنتُمْ لَا تَعْلَمُونَ “Elm və iman sahibləri belə deyərlər: “Siz (qəbirlərinizdə) Allahın Kitabında olan Bə`s (Qiyamət) gününə qədər qaldınız. Bu, Bə`s (Qiyamət) günüdür, lakin siz bilmirsiniz!” Qiyamət günü mənasını daşıyan “yəvmə yub`əsun“ (Bə`s günü) ifadəsi də Qurani-Kərimin digər altı ayəsində işlənmiddir. (“Əraf“/14; “Hicr“/16; “Muminun“/100; “Şüəra“/86; “Saffat“/144 və 79.) Müşriklərin Peyğəmbəri-Əkrəmdən (s) soruşduğu suallarda da bu ifadə təkrar-təkrar gözə dəyir. “Saffat“ surəsinin 16-cı ayəsində belə buyurulur: أَئِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَامًا أَئِنَّا لَمَبْعُوثُونَ “Məgər biz öldükdən, torpaq və sürsümük olduqdan sonra (dirilib hesab üçün Məhşər səhnəsinə) gönədiləcəyikmi?! (Bu məna digər bir neçə ayədə də işlənmişdir: “İsra“/49 və 98; “Muminun“/82; “Vaqiə“/47; “Ənam“/29; “Muminun“/37.) “Bə`s“ sözünün geniş leksik mənası vardır. Bəziləri bu sözü “göndərmək“, bəziləri “çatdırılmaq“, bəziləri də “dağıtmaq, pərakəndə etmək“ kimi məna və təfsir etsələr də, onun müxtəlif yerlərdə işlənməsindən “göndərmək“ mənasına gəldiyi anlaşılır. Lakin hər yerdə ona uyğun xas məna kəsb edir. Misal üçün, Peyğəmbərin (be`səti və məbu`us olması dedikdə) təbliğ üçün göndərilməsi, ordunun cihada göndərilməsi və ölülərin sorğu-suala göndərilməsi. (“Müfrədati-Rağib“; “Məqayisul-luğət“; “Vət-təhqiqu fi kəlimatil-Quranil-Kərim“.) Bu ifadənin Qiyamət üçün seçilməsində məqsəd odur ki, Allah-Taala ölüləri qəbirdən qaldırıb, hesab və sorğu-sual üçün Qiyamət məhkəməsinə, oradan da ya Behiştə, ya da Cəhənnəmə doğru göndərəcək. Bu mərhələlərin hər biri “Bə`s“ ifadəsinin xarici nümunələrindəndir. Qurani-Kərimdə uyğun ifadəyə yaxın digər bir ifadə də işlənmişdir, o da “bə`sərə“ ifadəsindən götürülmüş “bu`sirət“ və “bu`sirə“ ifadələridir. Bu idafə Qurani-Kərimdə iki dəfə işlənmişdir وَإِذَا الْقُبُورُ بُعْثِرَتْ “Qəbirlər alt-üst olacağı ((qəbirlərin altı üstünə çevrilib ölülər oradan çıxaraq hesab üçün göndəriləcəyi) zaman.“ (“İnfitar“/4.) Başqa bir ayədə belə buyurulur: أَفَلَا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِي الْقُبُورِ “Məgər o (insan) bilmirmi ki, qəbirlərdə olanlar al-üst olacaq (və qəbirlərdən çıxarılaraq hesab üçün göndəriləcəklər)?“ (“Adiyat“/9.) Lüğət alimləri “bə`sərə“ sözünün alt-üst olmaq və çevrilmək mənasında olduğunu qeyd etsələr də, Rağibin “Müfrədat“ kitabında qeyd etdiyinə əsasən, bu sözün “bə`s“ və “usirət“ sözlərindən alındığı nəzərə uzaq deyil; belə ki, birinci söz göndərilmək, ikinci söz isə alt-üst olmaq mənasını ifadə edir və hər iki mənanı özündə toplamışdır. (“Peyami-Quran“, Ayətullah Məkarim Şirazi, c.5, səh.36-38.) Maide.az Oxşar xəbərlər
|