Duanın yerinə yetməsi bu 8 amildən asılıdır
Bir nəfər İmam Əlinin (ə) yanında duasının yerinə yetməməsindən şikayət edir.
İmam (ə) buyurur: “Sizin qəlbiniz və fikriniz səkkiz şeydə xəyanət etmişdir. Ona görə də dualarınız qəbul olunmur: 1. Siz Allahı tanımısınız, ancaq haqqını əda etməmisiniz. Ona görə də tanımağınızın halınıza faydası olmamışdır. 2. Siz Onun göndərdiyinə iman gətirmisiniz, sonra sünnəti ilə müxaliflik etmisiniz. İmanınızın səmərəsi haradadır? 3. Kitabını oxumusunuz, ancaq ona əməl etmirsiniz. Deyirsiniz “eşitdik və itaət etdik”, sonra müxaliflik edirsiniz. 4. Siz deyirsiniz ki, Allahın cəzasından qorxursunuz. Ancaq daima elə işlər görürsünüz ki, sizi ona yaxın edər. 5. Deyirsiniz ki, İlahi mükafata əlaqəniz vardır. Ancaq davamlı olaraq elə iş görürsünüz ki, sizi ondan uzaqlaşdırar. 6. Allahın nemətini yeyirsiniz, amma şükür haqqını əda etmirsiniz. 7. Sizə əmr olunmuşdur ki, şeytanın düşməni olasınız. Ancaq əməldə onunla müxalifətlik etmirsiniz. 8. Siz insanların eybini görürsünüz, ancaq öz eyiblərinizi başınızın arxasına atmısınız. Bu halla necə gözləyirsiniz ki, dualarınız qəbul olunsun? Halbuki, özünüz onun qapılarını bağlamısınız. Təqvalı olun və əməllərinizi islah edin. Əmr-be-məruf və nəhy-əz-münkər edin ki, dualarınız yerinə yetsin”. Deməli, bu 8 amili nəzərə almaq lazımdır ki, insanın duası qəbul olunsun. /Deyerler.org/ Oxşar xəbərlər
|