Rəcəb ayının orucu haqqında heyrətləndirici savab
Şeyx Səduq “Səvabul-əmal” və “Əmali” kitablarında öz sənədi ilə nəql edir ki, Peyğəmbər (s) buyurdu:
“Hər kim Rəcəb ayının otuz gününü oruc tutsa, səmadan bir carçı belə səslənər: “Ey Allahın bəndəsi! Keçmiş günahların bağışlandı, ömrünün qalan hissəsində əməllərini təzədən başla.” Mütəal Allah bütün cənnətlərin hər birində ona qızıldan 40 milyon şəhər verər, hər şəhərdə 40 milyon qəsr, hər qəsrdə 40 milyon otaq, hər otaqda 40 milyon qızıl süfrə, hər süfrədə 1 milyon böyük sini, hər sinidə 40 milyon çeşiddə, ayrı-ayrı xörək və içkilər vardır. Hər bir evdə 40 milyon qızıl taxt vardır ki, onların hər birinin eni min zira, uzunu min ziradır. Taxtın hər birində hurul-eyndən bir kəniz vardır. Onların hər birinin nurdan 300 min zülfü vardır, bu zülflərin hər birindən müşk və ənbər nişanəsi olan 1 milyon cəvahir asılmışdır ki, Rəcəb ayını oruc tutan onun yanına gəlsin. Bütün bunlar Rəcəb ayının hər gününü oruc tutan şəxs üçündür. Dedilər: “Ey Allahın rəsulu (s)! Əgər bir kəs zəifliyi, ya xəstəliyinə görə, yaxud qadın üzürlü olduğuna görə oruc tuta bilməsə, vəsf etdiyin savaba yetişmək üçün nə etməlidir?” Həzrət buyurdu: “Hər gün üçün bir ədəd çörək sədəqə versin. And olsun canım onun əlində olan kəsə! Əgər hər gün belə sədəqə versə, dediklərimə və ondan artığına da yetişər. Çünki göylərin və yerin bütün məxluqatı toplaşaraq bu əməlin savabının miqdarını ölçmək istəsələr, cənnətlərdə ona çatacaq fəzilət və dərəcələrin onda birini də ölçə bilməzlər.” Dedilər: “Ey Allahın rəsulu (s)! Sədəqə verə bilməyən kəs vəsf etdiklərinə yetişmək üçün nə etməlidir?” Həzrət buyurdu: “Rəcəb ayı 30 gün boyunca hər gün bu təsbihi 100 dəfə desin: سُبْحَانَ الْإِلَهِ الْجَلِيلِ، سُبْحَانَ مَنْ لا يَنْبَغِي التَّسْبِيحُ إِلّا لَهُ، سُبْحَانَ الْأَعَزِّ الْأَكْرَمِ، سُبْحَانَ مَنْ لَبِسَ الْعِزَّ وَ هُوَ لَهُ أَهْلٌ Subhanəl-ilahil-cəlil. Subhanə mən la yənbəğit-təsbihu illa ləh. Subhanəl-əizzil-əkrəm. Subhanə mən ləbisəl-izzə və huvə ləhu əhl. Böyük Allah bütün eyblərdən pak və uzaqdır. Bütün eyblərdən pak və uzaqdır o Allah ki, təsbih və zikr Ondan başqasına layiq deyil. Əziz və kərim Allah bütün eyiblərdən pak və uzaqdır. İzzət libasına məxsus və izzət sahibi olan Allah bütün eyblərdən pak və uzaqdır. Oxşar xəbərlər
|