Məhbus azad olar, göz yaxşı görər, Peyğəmbəri (s) Qiyamət günü görməyə səbəb olar – “İnfitar” surəsinin fəzilətləri
“İnfitar” surəsi Quranın 82-ci surəsi olub, Məkkədə nazil olmuşdur və 19 ayəsi vardır.
Həzrət Peyğəmbər (s) bu surə barəsində buyurur: “Hər kim “İnfitar” surəsini oxuyarsa, Allah bütün qəbirlərin sayı qədər ona həsənə verər. Göydən yağan qar və yağış damcılarının on bərabəri qədər ona həsənə verilər”. İmam Sadiq (ə) buyurur: “Hər kim “İnfitar” surəsini vacib və ya müstəhəb namazlarda oxuyarsa, Allah onun hacət və istəklərini rəva edər. Onunla Allah arasında hicab olmaz. Davamlı olaraq Allah ona inayət nəzəri ilə baxar ki, insanlara hesab verməkdən uzaq olar”. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Qiyamət günü mənə baxmaq istəyirsə, “Təkvir”, “İnfitar”, “İnşiqaq” surələrini oxusun”. Bu surəni oxumaq zindandan xilas olmağa və əsirlikdən azad olmağa səbəb olar. Həzərt Peyğəmbər (s) buyurur: “Hər bir məhbus və ya bənddə olan bir insan onu oxuyarsa, ya yazılmışını özü ilə gəzdirərsə – Allah onun xaric olmasını asan edər, ona zindandan, qorxudan nicat verər. Halı tezliklə yaxşılaşar”. İmam Sadiq (ə) buyurur: “Hər kim ilişib qaldığı hər iş üçün bu surəni 70 dəfə oxuyarsa, xilas olar. Əgər məhbus bu surəni 70 dəfə oxuyarsa, azad olar”. Peyğəmbər (s) buyurur: “Hər kim “İnfitar” surəsini davamlı olaraq oxuyarsa, Allah onu Qiyamət günü rüsvay olmaqdan amanda saxlayar. Eyiblərini örtər”. İmam Sadiq (ə) buyurur: “”İnfitar” surəsini göz üçün oxumaq – görməyi gücləndirər, göz ağrılarını aradan aparar”. /Deyerler.org/ Oxşar xəbərlər
|