İsraf anlayışı necə ölçülür?
Mьəllif: admin1
Tarix: 16-02-2021, 10:41
İsraf anlayışı necə ölçülür?
Əgər israf deyərkən, malın zay edilməsi və pulun çölə tullanması nəzərdə tutulursa, bunun üçün heç bir şərt və ya güzəşt yoxdur, bütün cəmiyyətlərdə bu, günah sayılır.

Amma əgər israf deyərkən, insanın öz ehtiyacından artıq miqdarda istehlak etməsi nəzərdə tutulursa, bunun meyarı cəmiyyətin ümumi rifah halına və şəxsin soial statusuna uyğun olaraq ölçülür.

Məsələn, bəzi kasıb cəmiyətlər üçün israf sayıla biləcək hal digər varlı cəmiyyətdə normal hal kimi qəbul edilə bilər. Eləcə də, insanların sosial statusu, dolanışıq səviyyəsi, ailə vəziyyəti və s. burada müəyyən qədər rol oynayır.

Məsələn, iki nəfərlik ailənin 6-7 otaqlı ev alması israf sayıla bildiyi halda, çoxuşaqlı ailə üçün bu, normal haldır və israf deyil.

Ərzaq ehtiyacını tam ödəyə bilməyən bir ailənin bahalı telefon alması israf hesab edilə bilər, lakin yüksək səviyyəli maaş alan, proqram təminatı ilə məşğul olan mütəxəssisin bahalı telefon və digər texnikalar alması təbii haldır və israf sayılmır.

Keçmiş zamanlarda da bəzi imamlarımız zəmanədən və şəraitdən asılı olaraq kasıbyana geyinmiş, bəzi imamlar isə yenə zəmanəyə uyğun olaraq nisbətən daha bahalı geyimdən istifadə etmişlər.

İsraf üçün əsas meyar şəxsin öz ehtiyac dərəcəsini aşmamasıdır. Bu də hər kəsin öz düşüncəsi və vicdanı ilə tənzimlənir.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031