Hərislik, itaətsizlik, məkr, qəflət, təkəbbür... – mənası nə?
Bir nəfər İmam Sadiqin (ə) xidmətinə gəlir və Həzrətdən (ə) onu moizə etməsini istəyir.
Həzrət (ə) buyurur: “Əgər Allah insanların ruzisini öhdəsinə götürmüşdürsə, bəs qəm və qüssə nə üçündür? Əgər ruzin Allah tərəfindən təqdir olunmuşdursa, bəs hərislik nə üçündür? Əgər Qiyamətin hesabı haqdırsa, hesabsız mal toplamaq nə üçündür? Əgər o şeyi ki, Allah yolunda infaq edirsən, Allah onun əvəzini verər – bəs simiclik etməyin nə yeri vardır? Əgər Allahın cəzası cəhənnəm atəşi vasitəsilədirsə, Allaha itaətsizlik etmək nə üçündür? Əgər ölüm haqdırsa, yersiz şadlanmaq nə üçündür? Əgər hər şey Allaha təqdim olunursa, məkr nə üçündür? Əgər şeytan (lən) sənin düşmənindirsə, ondan qafil olmaq nə üçündür? Əgər hamı Siratdan keçməlidirsə, təkəbbür nə üçündür? Əgər hər şey İlahi qəza və qədərə görədirsə, qəmgin olmaq nə üçündür? Əgər dünya fanidirsə, ürəyini dünyaya bağlamaq nə üçündür?”. /Deyerler.org/ Oxşar xəbərlər
|