İbadətin dəyəri, ağlın ölçüsü qədərdir
Süleyman Diləmi nəql edir: “İmam Sadiqə (ə) dedim: “Filankəs ibadətdə və dindarlıqda bu cürdür”.
İmam (ə) buyurdu: “Ağlı necədir?”. Dedim: “Bilmirəm”. Buyurdu: “Həqiqətən, əməlin mükafatı ağlın ölçüsü qədərdir”. Sonra buyurdu: “Bəni-İsrayildən olan bir kişi yaşıl çəmənlikdə ki, çoxlu ağaclar və şirin suyu vardı, Allaha pərəstiş edirdi. Bir mələk oradan keçirdi və onu görüb dayandı və dedi: “Pərvərdiagara! Bu bəndənin mükafat və savabının miqdarını mənə göstər”. Allah abidin savabını mələyə göstərir. Bu savab mələyin gözündə çox az görünür. Ona görə təəccüb edir. Və Allah ona buyurur: “Onun yanına get və onunla yoldaş ol ki, bu məsələ sənin üçün aydın olsun”. Mələk insan cildində həmin kişinin yanına gəlir. Abid ondan soruşur: “Sən kimsən?” Mələk deyir: “Mən abid bir bəndəyəm. Sənin bu məkandakı ibadətindən agah olmuşam və gəlmişəm ki, burada Allaha bir yerdə pərəstiş edək”. Mələk həmin günü abidlə vaxt keçirir. Sabahı günün səhəri abidə deyir: “Necə də gözəl suyu və səfalı havası olan yerin vardır!”. Abid deyir: “Bəli, hər bir cəhətdən gözəldir. Ancaq buranın bir eybi vardır”. Mələk soruşur: “O eyib nədir?”. Abid deyir: “Kaş Allahımın uzunqulağı olaydı. Əgər uzunqulaq olsaydı, bu yaşıllıqda otlayardı və yaşıllıq hədər getməzdi”. Mələk soruşur: “Sənin Allahının uzunqulağı yoxdur?”. Deyir: “Bəli. Əgər uzunqulağı olsaydı, bu otlar məhv olmaz, faydasız şəkildə aradan getməzdilər. Allah mələyə vəhy edir ki, mən ona ağlı ölçüsündə mükafat verirəm”. /Deyerler.org/ Oxşar xəbərlər
|