Behiştdə necə ağac əkmək olar?
Həzrət Peyğəmbər (s) buyurur: “Merac gecəsində behiştə daxil oldum. Gördüm ki, mələklər bənnalıq edirlər. Bəzən də iş görməkdən əl çəkirlər. Onlara dedim: “Niyə bəzən işləyirsiniz, bəzən də işdən əl çəkirsiniz?”.
Cavab verdilər: “Tikmək məsləhəti gəlib çatarsa”. Soruşdum: “İstədiyiniz məsləhət nədir?”. Dedilər: “Möminin dünyada dediyi zikrdir ki, deyər: “Subhənallah vəlhəmdulilləh və lə iləhə illəllah vallahu əkbər”. Nə zaman (bu zikrləri) deyər – biz tikərik. Nə zaman çəkinib deməz – biz də çəkinərik”. Həzrət Peyğəmbər (s) müsəlmanlara buyurur: “Hər kim deyərsə “Subhənallah”, Allah onun üçün behiştdə ağac əkər. Hər kim deyərsə “Əlhəmdulilləh”, Allah onun üçün behiştdə ağac əkər. Hər kim deyərsə “Lə iləhə illəllah”, Allah onun üçün behiştdə ağac əkər. Hər kim deyərsə “Allahu Əkbər”, Allah onun üçün behiştdə ağac əkər”. Bir nəfər deyir ki, onda bizim behiştdə ağaclarımız çox olacaqdır. Həzrət (s) buyurur: “Bəli. Ancaq ehtiyatlı olun ki, atəş göndərməyəsiniz ki, onları yandırsın. Bu, Allah Təalanın bu sözünə görədir: “Ey iman gətirənlər (şəriət hökmlərində) Allaha itaət edin, Onun peyğəmbərin(in şəri vəzifə yaradan əmrlərin)ə itaət edin və öz (xeyir) əməllərinizi (dindən çıxmaq, Allaha və xalqa minnət qoymaq və əməlin puç olmasına səbəb olan digər günahlarla) batil etməyin”. (“Muhəmməd (s) 33). Allah Təala bizləri behiştdə ağac sahiblərindən qərar versin! /Deyerler.org/ Oxşar xəbərlər
|