Qəlbə iman, gözlərə aydınlıq, yoxsulluqdan nicat – “Mumtəhənə” surəsinin fəzilətləri
Mьəllif: admin1
Tarix: 17-02-2021, 21:43
Qəlbə iman, gözlərə aydınlıq, yoxsulluqdan nicat – “Mumtəhənə” surəsinin fəzilətləri
“Mümtəhənə” surəsi Quranın 60-cı surəsi olub, Məkkədə nazil olmuşdur və 13 ayəsi vardır.

Həzrət Peyğəmbər (s) bu surə haqqında buyurur: “Hər kim “Mumtəhənə” surəsini oxuyar – qadın və kişidən olan bütün möminlər ona şəfaət edərlər”.

İmam Səccad (ə) buyurur: “Hər kim bu surəni vacib və müstəhəb namazlarında oxuyarsa, Allah onun qəlbini iman üçün hazır edər, gözlərini aydın edər və heç bir zaman yoxsulluğa düçar olmaz. Bu surəni oxuyan və övladları dəlilik xəstəliyinə tutulmaz”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim bu surəni oxuyarsa, mələklər ona salam verər və onun üçün bağışlanma istəyərlər.

Əgər həmin surəni oxuyan günü dünyadan gedərsə, dünyadan şəhid getmiş olar. Möminlər Qiyamət günü onun şəfaətçisi olarlar”.

İmam Sadiq (ə) buyurur: “Əgər “Mumtəhənə” surəsini yazsanız və onu yuyub üç gün dalbadal suyundan içsəniz – Allahın izni ilə xəstəlik sizdən dəf olacaqdır”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031