Uşağa neçə yaşında namazı öyrətmək lazımdır?
İmam Sadiq (ə) uşaqların ehtiyacları barəsində bizlərə məlumat vermiş və onlara əməl etməyə dəvət etmişdir.
Bu ehtiyaclar ilə tanış olaq: 1. Uşaqlara məhəbbət göstərmək. İmam Sadiq (ə) övladına çox məhəbbət göstərərdi və ondan soruşurlar ki, onu nə qədər sevirsiniz? Həzrət (ə) buyurur: “Bu yerə qədər ki, istəmirəm başqa övladım olsun və məhəbbəti onların arasında bölüm”. İmam (ə) buyurur: “Həzrət Musa (ə) Allaha buyurur: “Allahım! Sənin yanında ən üstün əməl hansıdır?”. Buyurur: “Uşaqları sevmək. Çünki, Mən onları Öz tövhid fitrətimlə yaratmışam. Əgər onları öldürsəm, Öz rəhmətimlə behiştə daxil edərəm”. 2. Uşağı öpmək. Uşaqlar hələ kiçik olan zaman sevgini məhz öpmək yolu ilə hiss edərlər. İmam Sadiq (ə) bu haqda buyurur: “Övladlarınızı çoxlu öpün, həqiqətən, hər öpüşə görə sizin üçün behiştdə dərəcə vardır ki, ölçüsü 500 il yol qədərdir”. 3. Uşaqla oynamaq. İmam Sadiq (ə) buyurur: “Övladını boş burax ki, 7 il oyun oynasın”. Uşaqlarla oyun oynamaq – onların ruhuna və psixologiyasına müsbət təsir qoyar. 4. Hədiyyə vermək. İmam Sadiq (ə) buyurur: “Nə zaman kişi səfərə getsə, ailəsinə tərəf qayıdan zaman gərək təzə bir şey alsın”. Yəni, səfərdən qayıdan zaman hədiyyə ilə qayıtsın. 5. Əhli-Beytə (ə) məhəbbəti aşılamaq. İmam (ə) buyurur: “Nə zaman uşaq 3 yaşına gəlib çatdı, ona deyilsin: “7 dəfə de: “Lə iləhə illəllah””. Sonra onu boş buraxsın və yaşı 3 il 7 ay və 20 gün olanda ona desin: “7 dəfə de: “Muhəmməd (s) Rəsulallah””. Sonra onu boş buraxsın o zamana qədər ki, 4 yaşı olsun, ona desin: “7 dəfə de: “Salləllahu alə Muhəmmədin (s) və Alihi (ə)”. Sonra boş buraxılsın”. 6. Namazı öyrətmək. İmam Sadiq (ə) buyurur: “O zaman ki, uşağın 5 yaşı olar, ona deyilsin: “Sağ və sol əlim hansılardır?”. O zaman ki, bunları bilər – üzünü qibləyə tərəf çevir və de ki, səcdə etsin. Sonra 7 yaşa qədər boş buraxılar. O zaman ki, 7 yaşı tamam olar, ona deyilər: “Üzünü və iki əllərini yu”. O zaman ki, yuyar, ona deyilsin: “Namaz qıl”. Sonra onu öz halına buraxsın o zamana qədər ki, 9 yaşı olar. 9 yaşı tamam olan zaman ona dəstəmaz öyrət və namaz qılmağa vadar et. O zaman ki, dəstəmazı və namazı öyrənər, Allah, inşəallah onu, ata və anasını bağışlayar”. 7. Quranı öyrətmək. Həzrət İmam Sadiqin (ə) oğlu İsmayil onun yanında idi və İmam (ə) ona buyurdu: “Oğlum! Quran oxu!”. İsmayil deyir: “Dəstəmazım yoxdur”. İmam (ə) buyurur: “Quranın yazısına əl vurma və onun vərəqinə əl vur”. /Deyerler.org/ Oxşar xəbərlər
|