Quranla bağlı hansı vəzifələrimiz var?
Biz ki, qeyb dövründə yaşayırıq, əlimiz İtrətdən (ə) üzülmüşdür. Ona görə də tək nicat tapa biləcəyimiz şey – Qurana və Peyğəmbər (s) və Əhli-Beytinin (ə) sünnətinə, bununla bağlı alimlərimizin tövsiyələrinə əməl etməkdir.
İmam Əlinin (ə) mübarək nəzərinə görə, biz müsəlmanların Quran qarşısında beş vəzifəmiz vardır. İmam Əli (ə) buyurur: “Quranı öyrənin ki, ən üstün kəlamdır. Onu yaxşı dərk edin ki, qəlblərin baharıdır. Onun nurundan şəfa istəyin ki, xəstə sinələrin şəfasıdır. Quranı gözəl tilavət edin ki, fayda verən dastanlardır. O alim ki, elmindən qeyrisinə əməl edər – avara cahil kimidir ki, nadanlıq xəstəliyindən şəfa tapmayacaqdır”. İmam Əli (ə) bu mübarək buyuruşunda bizlərə Quranla bağlı 5 vəzifəmizi tanıtmışdır. 1. Quranı öyrənmək. Hədislərimizin əksər hissəsi bizlərə buyurur ki, Quranı yaxşı öyrənin. Çünki Quran – ən üstün kəlamdır. Hər kim bu kəlamları öyrənər – hikmət qapısı açılar və sözləri hikmətli olar. 2. Quranı yaxşı dərk etmək. Quran haqqında təfəkkür etmək də Məsumlarımızın (ə) ən çox tövsiyə etdiyi əməllərdəndir. Hər kim Quranı təfəkkür edərək oxuyarsa, onun bəsirəti açılar. Hər kimin bəsirəti açılarsa, haqqı batildən ayırmağı bacarar. Quranın buyurduqlarına əməl edər. 3. Quran nurundan şəfa istəyin. İnsanın həm cismi və həm də ruhu müxtəlif xəstəliklərə düçar olar. Məsumlarımız (ə) buyurur ki, əgər şəfa tapmaq istəyirsənsə, Qurandan şəfa istə, çünki onda həqiqətən sənin xəstəliklərinin şəfası vardır. 4. Quranı ən yaxşı şəkildə tilavət etmək. Quran tilavəti ilə bağlı nəql edirlər: “Müğeyrənin oğlu Vəlid ərəbin tanınmış insanlarından idi. Peyğəmbərimizə (s) qarşı dil uzadardı (nəuzubillah!). Həzrət Peyğəmbər (s) öz hücrəsində Quran tilavəti ilə məşğul olurdu. İnsanlar Vəlidin ardınca gəlir və deyirlər: “Gəl, gör Muhəmməd (s) nə oxuyur, şeirdir, yoxsa xütbədir?”. Vəlid Həzrətə (s) yaxınlaşdıi və müraciət etdi: “Şeirlərindən mənim üçün oxu”. Həzrət (s) buyurdu: “Şeir deyildir, bu, Allahın kəlamıdır”. Deyir: “Onun bir hissəsini oxu”. Allahın Peyğəmbəri (s) oxuyur və bu ayəyə gəlib çatır: “Beləliklə əgər üz döndərsələr, de: «Sizi Ad və Səmudun (bu qövmlərin) ildırımı kimi bir ildırımla (göydən gələn qorxunc nə’rə, od və külək kimi ölümə səbəb olan bəla ilə) qorxutdum»”. (“Fussilət” 13). Vəlid titrəməyə başladı və başındakı tükləri biz-biz oldu. Evinə getdi və Qureyş camaatının yanına getmədi. Qureyş əhli Əbu Cəhlin yanına gedir və deyir: “Ey Əba Həkəm! Həqiqətən Vəlid müsəlman olmuşdur. Bizim yanımıza gəlmir”. Əbu Cəhl onun yanına gedir və deyir: “Müsəlman olmusan?”. Vəlid deyir: “Müsəlman olmamışam, ancaq elə kəlam eşitmişəm ki, bədənim titrəyib”. Deyir: “Şeir oxuyurdu?”. Deyir: “Xeyr, məni öz halıma buraxın ki, sabaha qədər düşünüm”. Sabahı gün deyir: “Gedin deyin ki, o, sehrbazdır (nəuzubillah!). Çünki insanların ürəyini işə salmışdır”. Bəli, hətta cahil, kafir və fasiqlərə də İlahi kəlam güclü təsir edir. 5. Quranın ardınca gedin. İmam Əli (ə) sonda buyurur ki, Qurandan öyrəndiklərinizə əməl edin. /Deyerler.org/ Oxşar xəbərlər
|