Duanın qəbulu üçün 5 nöqtə
Mьəllif: admin1
Tarix: 20-02-2021, 20:44
Duanın qəbulu üçün 5 nöqtə
İlahi peyğəmbərlər (ə) öz davamçılarına dua etmək mədəniyyətini irs qoyub getmişdilər.

Peyğəmbərlər (ə) özləri hər zaman və şəraitdə dua edərdilər. Misal üçün Həzrət İbrahimin (ə) duası və onun qəbul olması hadisəsi.

«Ey Rəbbimiz, həqiqətən mən övladlarımdan bəzisini (İsmaili anası ilə birgə) Sənin möhtərəm və toxunulmaz Evinin yanında əkinsiz bir dərədə sakin etdim ki, – ey Rəbbimiz, – namaz qılsınlar.

Buna görə də elə et ki, insanların bir qisminin qəlbləri onlara meyil etsin. Və müxtəlif məhsullardan onlara ruzi ver, bəlkə şükür etsinlər». (“İbrahim” 37).

Allah Təbarəkə və Təala bir çox ayələrində bəndələrini dua etməyə dəvət edir. “Rəbbiniz buyurdu: «Məni çağırın ki, Mən də duanızı qəbul edim.

(Dua etməyi özünə sığışdırmamaq – ibadəti özünə sığışdırmamaq deməkdir və) əlbəttə, Mənə ibadət etməyi özünə sığışdırmayanlar tezliklə xar və xəcalətli şəkildə Cəhənnəmə daxil olacaqlar»”. (“Ğafir” 60).

Dua etmək – sanki fitri bir haldır ki, müxtəlif formalara düşmüşdür. Nə zaman insan çətinliyə düşsə, əqidəsindən və dinindən asılı olmadan, əlini dua üçün qaldırar və Allaha dua edər.

Bəs Allaha necə dua edək ki, qəbul olunsun?

1. Etdiyimiz dua xalis olmalıdır. “Odur ki, kafirlər xoşlamasalar belə, Allahı itaət və əqidəni Onun üçün xalisləşdirdiyiniz halda çağırın”. (“Ğafir” 14).

2. Qorxu və ümidlə birlikdə olmalıdır. “Yer üzündə onun (peyğəmbərlər və səmavi şəriətlər vasitəsilə) düzəlməsindən sonra (küfr və fisqlə) fəsad törətməyin və Onu qorxu və ümidlə çağırın ki, həqiqətən Allahın rəhməti yaxşılara və yaxşılıq edənlərə yaxındır”. (“Əraf” 56).

3. Eşq və rəğbətlə olmalıdır. “Çünki onlar (Zəkəriyyanın ailəsi və ya bütün keçmiş peyğəmbərlər) həmişə xeyir işlərə tələsir, həmişə ümid və qorxu ilə Bizə dua edərək, istək diləyir və həmişə Bizim qarşımızda itaətkar və qorxan idilər”. (“Ənbiya” 90).

4. Xəlvətdə dua edilməlidir. “Rəbbinizi yalvarıb-yaxararaq və gizlin çağırın (və istəməkdə ağıl çərçivəsindən çıxıb həddi aşmayın). Həqiqətən O, həddi aşanları sevmir”. (“Əraf” 55).

5. Xitab edərək və gizli səslə dua edilməlidir. “O, gizli səslə Öz Rəbbini səsləyən zaman”. (“Məryəm” 3).

Bununla yanaşı, hər kim duasının qəbul olmasını istəyirsə, gərək yedikləri halal ruzi olsun. Məsumlarımız (ə) buyurur: “Hər kim duasının qəbul olmasını istəyirsə, qazancını və tikəsini pakizə və halal etsin”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031