Namazda qəlb hüzuru yoxdursa...
Mьəllif: admin1
Tarix: 20-02-2021, 21:12
Namazda qəlb hüzuru yoxdursa...
Günahlar müxtəlif olduğu kimi, ibadətlər də müxtəlifdir. Allah Təala Quranda buyurur ki, əgər saleh əməl yerinə yetirsəniz, Allah sizə onun iki qatı qədər savab verəcəkdir. “Lakin iman gətirən və yaxşı iş görənlərə etdiklərinin müqabilində iki qat mükafat vardır”. (“Səba” 37).

Başqa yerdə buyurur ki, borc versəniz, sizə mükafat verəcəyəm. “Kim Allaha gözəl bir borc verməyə hazırdır ki, Allah (da) onu (qaytararkən) onun üçün neçə qat artırsın? (Ruzini) azaldan da, çoxaldan da Allahdır. Ona tərəf qaytarılacaqsınız”. (“Bəqərə” 245).

Ona görə də mömin daima yaxşı işlər ardınca olmalı və pis işlərdən çəkinməlidir. Əgər insan həyatında bir çətinliyə düşərsə, fikirləşər ki, görəsən kimin qəlbini yandırmışdır, ya kimin haqqını yemişdir.

Əgər namazında qəlb hüzuruna malik deyildirsə, bunun səbəbini axtarmalıdır.

“Əbu Həmzə” duasında oxuyuruq ki, deyir: “Mən hər kəslə söhbət edən zaman sevincliyəm. Ancaq elə ki, namazın vaxtı gəlib çatır, fikrim dağılır və halsız oluram. Səbəbi də budur ki, təkbiri sadiqcəsinə demirəm”.

Dilimdə təkbir deyirəm, ancaq qəlbimdə demirəm. Ona görə də namazdan əvvəl baxmalıyam ki, nəyi düz etmirəm və onu düzəltməyə çalışmalıyam. Allah bizim xatalarımızla tez razı olandır və üzrümüzü qəbul edəcəkdir.

“Kumeyl” duasında oxuyuruq ki: “Ey o Kəs ki, tez razı olandır!”. Həmçinin Allah Təbarəkə və Təala Quranda Özünü “təvvabinlərin sevimlisi” adlandırmışdır.

Başqa yerdə Özünü “tövbələri qəbul edən” adlandırır.

Allahdan istəməliyik ki, halımızı ən yaxşı tərəfə çevirsin. Əgər qəlbimizdə kin vardırsa, halımız necə yaxşı ola bilər ki?!

Hər bir halda nə ediriksə, qarşımıza çıxır. Ona görə bu haqda düşünmək lazımdır. Əgər namazda qəlb hüzuruna malik deyiliksə, deməli bu, bizim xatalarımızın nəticəsidir.

Namazı lazım olan kimi dərk etmirik və onun vacibatlarına dəyər vermirik. Namazı yüngül hesab edirik.

Əgər qəlb hüzurumuz yoxdursa, deməli namaz bizim üçün lazım olan əhəmiyyətə malik deyildir. Başqa şeylər bizim üçün əhəmiyyətlidir.

Halbuki, namazı qəlb hüzuru ilə yerinə yetirsək, onun halımıza olan faydasını sözlə təsvir etmək mümkün olmaz. Namazın ancaq qəlb hüzuru ilə olan hissəsi qəbul olar. Qalan hissələri deyil. Ancaq qəlb hüzuru ilə qıldığımız hissə yuxarı qalxar.

Bu cür yarımçıq namazı necə yuxarı göndərə bilərik ki?! Bu haqda bir düşünək. Namaza qarşı sadiq olaq.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031