Necə edək ki, uşağımız şəxsiyyətli bir fərd kimi böyüsün?
İnsanın şəxsiyyəti ailəsində formalaşar. Əgər valideyn övladının şəxsiyyəti formalaşan zaman onunla təhqir edici, ehtiramsız və danlayaraq rəftar edərsə, uşağın şəxsiyyəti həqir və mənfi şəkildə formalaşacaqdır.
Bu amil səbəb olacaqdır ki, onda təkəbbür meydana gəlsin. İmam Sadiq (ə) bu barədə buyurur: “Heç bir insan təkəbbür etməz, məgər özündə gördüyü zillətə görə”. İmam Sadiq (ə) başqa yerdə buyurur: “Heç bir insan təkəbbür etməz, məgər özündə gördüyü həqarətə görə”. Bəs necə edək ki, uşağımız şəxsiyyətli bir fərd kimi böyüsün? 1. Salam vermək. Uşağa salam verməyin iki təsiri vardır: salam verəndə onda təvazökarlıq hissi güclənər. Böyüklər ona salam verərək, ona ehtiramlarını göstərmiş olarlar. Uşaq başa düşər ki, cəmiyyət onu möhtərəm hesab edir və insanlar ona əhəmiyyət verirlər. İmam Sadiq (ə) buyurur: “Beş şeyi ölənə qədər tərk etməyəcəyəm. Onlardan biri uşaqlara salam verməkdir”. 2. Ehtiram etmək. İnsanlara ehtiram etmək – onlara özünə etimad hissini verər. O insan ki, başqası tərəfindən möhtərəm sayılar – özünü çirkinliklərdən qoruyar və ruhu sağlam olar. 3. Əhdə vəfa etmək. Əhdə vəfa etmək – hər bir müsəlmanın vəzifəsidir. Əgər biz uşaqlarımıza verdiyimiz sözə əməl etməsək, onun şəxsiyyətini təhqir etmiş olarıq. Onlara yalan danışmaq dərsi vermiş olarıq. İmam (ə) buyurur: “Övladlarınızı sevin və onlara məhəbbət edin. Əgər onlara söz vermisinizsə, ona vəfa edin. Çünki onlar öz ruzilərini sizin əlinizdə görürlər”. Allah Təala bizlərə bu mübarək tövsiyələrə əməl etmək tofiqatı nəsib etsin! /Deyerler.org/ Oxşar xəbərlər
|