Qonağı necə qarşılamaq, necə yola salmaq?
Mьəllif: admin1
Tarix: 25-02-2021, 21:49
Qonağı necə qarşılamaq, necə yola salmaq?
Bir çoxları qonaq qarşılamağı zəhmətli hesab etsə də, dinimiz onun bərəkətlərindən və fəzilətlərindən çox bəhs etmiş və bu əmələ təşviq etmişdir.

İmam Sadiq (ə) buyurur: “Əgər mömin iki nəfər möminə yemək verməklə qulluq edərsə, ondan daha üstündür ki, qul azad etmiş olsun”.

Qonaq ev sahibi üçün həm dünya və həm də axirət bərəkətləri gətirər. Qonaq səbəb olar ki, ev sahibinin günahları tökülsün və cəhənnəm ona haram olsun.

Behişt əhlindən olsun. Həzrət Peyğəmbər (s) buyurur: “Elə bir bəndə yoxdur ki, onun üçün qonaq gələr və üzünə nəzər salar, məgər o halda ki, gözü cəhənnəm atəşinə haram olar”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Qonaq, behiştə yol göstərəndir”.

İmam Əli (ə) buyurur: “O mömin ki, qonağın səsini eşidər və sevinər – günahları bağışlanmış olar, baxmayaraq ki, günahları yerdən göyə qədər olsa belə”.

Ev sahibinin qonaqla bağlı boynuna bəzi vəzifələr düşür ki, onlarla tanış olaq:

1. Qonağı əziz tutmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kimin Allaha və Qiyamət gününə imanı vardırsa, gərək qonağını əziz tutsun”.

2. Sual etmədən qulluq etmək. Ev sahibi onun evinə gələn qonağa gərək sual vermədən qulluq etsin. Ondan soruşmasın ki, yemək yeyir, yoxsa yox. Sadəcə evində olan təamlardan sorğu-sualsız ona ikram etsin.

3. Qonağa kifayət qədər qulluq etmək. İmam Sadiq (ə) buyurur: “Nə zaman qardaşın çağırılmamış sənə daxil olarsa (evinə gələrsə) evində olan yeməyi onun üçün gətir və nə zaman onu dəvət etsən, ona qulluq etməkdə zəhmət çək”.

4. Qonaqla birlikdə yemək yemək. Ev sahibinin vəzifələrindən biri budur ki, qonağa yemək verən zaman özü də onunla birlikdə yemək yesin.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim istəsə ki, Allah və Rəsulu (s) onu sevsin – qonaqları ilə birlikdə yemək yesin”.

5. Qonağı xoşlamadığı işə vadar etməmək. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kimin Allah və qiyamət gününə imanı olarsa, gərək qonağını əziz tutsun. Qonağını onun üçün çətin olan işə vadar etməsin”.

6. Qonağı yola salmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Qonağın haqlarından biri budur ki, onu otaqdan evin qapısına qədər yola salasan”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031