Hicrətin hansı növləri var?
Mьəllif: admin1
Tarix: 27-02-2021, 10:17
Hicrətin hansı növləri var?
Tarixin mühüm hadisələrindən biri də hücrətdir. Qurani-Kərim buyurur: “Kim Allah yolunda (cihad etmək, yaxud dini elm öyrənmək və ya lazım olan dünya malı üçün) hicrət etsə, (öz din işlərini təmin edə bilməsi üçün) yer üzündə ürəyi istəyən qədər çoxlu və geniş sığınacaq tapacaqdır.

Kim öz evindən Allaha və Onun peyğəmbərinə tərəf hicrət etmək niyyəti ilə çıxsa, sonra ölüm onu haqlasa – həqiqətən, onun mükafatı Allahın öhdəsinədir. Allah həmişə çox bağışlayan və mehribandır”. (“Nisa” 100).

Hicrətin dörd növü vardır ki, onlarla tanış olaq:

1. Məkan hicrəti. O zaman ki, Məkkə müsəlmanları kafirlər tərəfindən işgəncə olmağa başladılar, Həzrət Peyğəmbər (s) məsləhət gördü ki, onlar Həbəşəyə hicrət etsinlər. Ancaq bu halda canları təhlükədən azad ola bilərdi.

Buna görə müsəlmanların bir hissəsi Həbəşəyə hicrət etdi və Həbəşənin şahı onları qəbul edib onlara sığınacaq verdi.

“Həqiqətən (həm) iman gətirmiş kəslər və (həm də) hicrət edərək Allah yolunda cihad etmiş kəslər Allahın rəhmətinə ümidvardırlar. Allah çox bağışlayan və mehribandır”. (“Bəqərə” 218).

2. Mənəvi hicrət. Həzrət Peyğəmbər (s) buyurur: “Ən üstün hicrət – çirkin işləri kənara qoymaqdır”.

Yəhudi bir cavan ki, Həzrət Peyğəmbəri (s) çox istəyirdi, xəstələnir. Peyğəmbəri-Əkrəm (s) onun ziyarətinə gedir və buyurur: “Müsəlman olmaq istəyirsənmi?”.

Deyir: “Bəli”.

Atasına nəzər salır və atası onunla müxaliflik etmir.

Həzrət Peyğəmbər (s) kəlmeyi-şəhadətləri onun üçün deyir və o da təkrar edir.

O, bu hadisədən çox sevinir.

Bu, bir mənəvi hicrət sayılır.

3. Etiqadi hicrət. O zaman ki, insan batil əqidədə olur, onu kənara qoyur və doğru yola üz tutur. Bu olur etiqadi hicrət.

Seyyid Həmiri xristian məzhəbində idi və İmam Sadiqi (ə) qəbul etmirdi. İmam (ə) onunla söhbət edir. O da əqidəsindən hicrət edir.

4. Elmi hicrət. O zaman ki, alim hövzəyə və ya universitetə daxil olar ki, elmini insanlara öyrətsin – bu, olar elmi hicrət.

Necə ki, Ayətullah Birucerdi Quma gəlir və çoxlu şagirdlər tərbiyə edir ki, onlardan biri də Rəhmətlik İmam (r) olur.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031