Qonşum mənə əziyyət verir…
Əməllərin dəyərini azaldan əməllərdən biri də insanlara əziyyət verməkdir. Xüsusilə də ailə üzvlərinə, qonşularına və yaxınlarına. İslam dini istəyir ki, insanlar bir-birindən xeyir görsünlər, şər deyil. Hər bir möminin vəzifəsidir ki, başqa mömin üçün ayna olsun və ona yardım etsin.
Əgər kiminsə abrını apararsa, orucu batil olar. İstər ailədə olsun, istər küçədə olsun, istərsə də qonşuda – fərq etməz. Ancaq qonşuya verdiyi əziyyətin cəzasını Allah bizlərə xüsusi tanıtmışdır. Belə ki, Peyğəmbər (s) buyurur: “O kəs ki, qonşusuna əziyyət verər – Allah behiştin iyini ona haram edər və onun yeri cəhənnəm olar. Hər kim qonşu haqqını tələf edər – bizdən deyildir”. Bir nəfər Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: “Qonşum mənə əziyyət verir”. Həzrət (s) buyurur: “Səbir et və nalayiq əməl nişan vermə. Sənin səbrin onun ölümünə bais olar”. Bir müddət sonra həmin adam yenə gəlir və deyir: “Qonşum öldü”. Halbuki, yaxşı qonşu olmaq insana bərəkətlər gətirər. İmam Sadiq (ə) buyurur: “Yaxşı qonşu olmaq ruzinin artmasına səbəb olar”. Beləliklə, deyə bilərik ki, hər kim əməllərinin batil olmasını istəmirsə, gərək insanları incitməkdən əl çəksin və dilinə hakim olsun. Xüsusilə də qonşularla rəftarında diqqətli olsun. Çünki əgər qonşusunu incidərsə, Allah onu cəzalandırar və ibadətləri, orucu batil olar. Həqiqi mömin o kəsdir ki, insanlar onun dilindən və əlindən amanda olarlar. Fürsətdən istifadə edib, nəfsimizi islah edək və ətrafımızda olanlara qarşı mehriban olaq. Ancaq bu zaman ibadətlərimizdən bəhrə apara bilərik. /Deyerler.org/ Oxşar xəbərlər
|