Hidayət yolunun gözətçiləri
İmam Baqir (ə) buyurmuşdur:
إنَّ رَسولَ اللّهِ (ص) بابُ اللّهِ الَّذي لا يُؤتى إلاّ مِنهُ، وسَبيلُهُ الَّذي مَن سَلَكَهُ وَصَلَ إلَى اللّهِ عَزَّوجَلَّ، وكَذلِكَ كانَ أميرُ المُؤمِنينَ (ع) مِن بَعدِهِ، وجَرى لِلأَئِمَّةِ (ع) واحِدًا بَعدَ واحِدٍ، جَعَلَهُمُ اللّهُ عَزَّوجَلَّ أركانَ الأَرضِ أن تَميدَ بِأَهلِها، وعُمُدَ الإِسلامِ، ورابِطَةً عَلى سَبيلِ هُداهُ، لا يَهتَدي هادٍ إلاّ بِهُداهُم، ولا يَضِلُّ خارِجٌ مِنَ الهُدى إلاّ بِتَقصيرٍ عَن حَقِّهِم، اُمَناءُ اللّهِ عَلى ما أهبَطَ مِن عِلمٍ أو عُذرٍ أو نُذرٍ، والحُجَّةُ البالِغَةُ عَلى مَن فِي الأَرضِ، يَجري لآخِرِهِم مِنَ اللّهِ مِثلُ الَّذي جَرى لِأَوَّلِهِم، ولا يَصِلُ أحدٌ إلى ذلِكَ إلاّ بِعَونِ اللّه. “Həqiqətən, Rəsulullah (s) Allahın (mərifət) qapısıdır ki, ondan başqa qapı yoxdur və (eləcə də, o Həzrət) bəndələri Allah-Taalaya çatdıran yoldur. Ondan sonra Əmirəlmöminin (ə) və həmçinin ardınca gələn imamlar da belədir. Allah-Taala onları yerin və İslamın sütunları, hidayət yolunun gözətçiləri seçmişdir. Kimsə onlarsız hidayət tapmaz, doğru yoldan çıxanlar onların haqqına qarşı səhlənkarlıq etdiklərindən, hidayət yolundan azmışlar. Onlar Allahın elm, “höccət” və xəbərdarlıqlarının əmanətdarları, yer əhli üçün kamil nişanə və höccətləridir ki, Allah tərəfindən onların sonuncusu üçün nəzərdə tutulanlar birincisi ilə eynidir və heç kəs Allahın istəyi olmadan bu məqama çatmaz.” (“Kəmalud-din”, səh.258, hədis 3.) Maide.az Oxşar xəbərlər
|