Allah yolunun talibləri üçün İmam Sadiqdən (ə) 9 qızıl nəsihət
Mьəllif: admin1
Tarix: 28-02-2021, 20:25
Allah yolunun talibləri üçün İmam Sadiqdən (ə) 9 qızıl nəsihət
Şeyx Şəmsəddin Muhəmməd ibni Məki nəql edir: “İmam Sadiqə (ə) dedim ki, mənə tövsiyələr və nəsihətlər versin.

İmam (ə) buyurdu: “Sənə 9 şeyi tövsiyə edirəm ki, bunlar Allah Təala yolunun talibləri üçündür. Allahdan istəyirəm ki, sənə onları həyata keçirtmək tövfiqi versin.

Bu 9 şeydən üçü nəfsin islahına aiddir. 3 şey səbrə və 3 şey də elmə aiddir.

Bunları öyrən və zinhar ki, onları dəyərsiz hesab edəsən.

O üç şey ki, nəfsin islahına aiddir, ibarətdirlər:

1. O şey ki, ona iştahan və meylin yoxdur – onu yeməkdən çəkin. Çünki, bu iş axmaqlıq yaradar.

2. O zamana qədər ki, ac deyilsən – yemək yemə.

3. Nə zaman yemək yesən– halal yemək ye və Allahın adını çək.

O üç şey ki, səbrə aiddir, bunlardır:

1. O zaman ki, kimsə sənə desə ki, əgər bir söz desən, on dənə eşidəcəksən, cavabında de: əgər on dənə desən, bir dənə belə, eşitməyəcəksən.

2. Əgər kimsə sənə söyüş söyərsə, ona de: Əgər dediklərin doğrudursa, Allahdan istəyirəm ki, məni bağışlasın. Əgər yalan olarsa, Allahdan istəyirəm ki, səni bağışlasın.

3. Əgər kimsə sənə çirkin söz deyərsə, sən ona nəsihət ver və yol göstər.

O üç şey ki, elmə aiddir, bunlardır:

1. O şeyi ki, bilmirsən, alimlərdən soruş və zinhar ki, dalaşmaqla onlardan bir şey soruşasan.

2. Zinhar ki, öz rəyinlə bir iş görəsən və işlərində o yerə qədər ki, mümkündür – ehtiyata əməl et.

3. Fətva verməkdən çəkin, necə ki, şirdən qaçırsan. Boynunu insanlar üçün körpü qərar vermə””.



/Dəyərlər.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031