Tələskənlik faydalıdırmı?
Dini təlimlərə əsasən, tələskənlik – məzəmmət olunmuş sifətlərdəndir ki, möminə yaraşdırılmır.
İmam Əli (ə) buyurur: “Tələskənlik bədbəxtlik və həlakətə səbəb olar”. İmam Əli (ə) başqa yerdə buyurur: “Tələskənlik büdrəmə ilə birlikdə olar”. İmam Əli (ə) buyurur: “Tələskən insan – xatakardır, baxmayaraq ki, işi nəticəyə çatarsa belə. Mətin və vüqarlı insan – dürüstkardır, baxmayaraq ki, həlakətə çatsa belə”. İmam Əli (ə) vəsiyyətində buyurur: “Sənə danışıq və rəftarında tələskənliyi qadağan edirəm”. İmam Baqir (ə) buyurur: “Həmin tələskənlik insanları həlakətə salmışdır. Əgər insanlar tələsməsəydilər, heç kəs həlak olmazdı”. İmam Sadiq (ə) buyurur: “Salamatlıq – sabitlik və hüzurun girovundadır. Peşmanlıq – tələsməyin səmərəsidir”. İmam Əli (ə) buyurur: “Mətin insan gec və ya tez nəticəyə çatacaqdır. Tələskən insan gec və ya tez xataya düşəcəkdir”. İmam Baqir (ə) buyurur: “Mətanət və hüzur – Allahdandır, tələskənlik – şeytandandır”. /Deyerler.org/ Oxşar xəbərlər
|