Heç bir yoxsul ac qalmaz, məgər o halda ki…
Yoxsulluq barədə mübarək dinimizin həm xəbərdaredici, həm də ümidverici çatdırışları vardır.
İmam Əli (ə) buyurur: “Zənginlik və yoxsulluq – Allah Təalaya əməlləri təqdim etdikdən sonradır”. (Yəni, məhz əməllər insanın zəngin və yoxsul olmasını nişan verər). İmam Əli (ə) İmam Həsən Müctəbaya (ə) buyurur: “Oğlum! O kəs ki, yoxsulluğa düçar olar, dörd sifətə düçar olar: yəqində zəifliyə, ağılda nöqsana, dində süstlüyə, simada az həyalılığa. Ona görə də yoxsulluqdan Allaha pənah aparıram”. İmam Sadiq (ə) buyurur: “Həzrət Loğman oğluna tövsiyə edir: “Ey oğlum! Ruzigarın bütün çətinliklərinə dözürəm. Ancaq yoxsulluğun çətinliyinə dözə bilmirəm””. İmam Əli (ə) buyurur: “Sübhan Allah yoxsulların azuqəsini zənginlərin malında qərar vermişdir. Heç bir yoxsul ac qalmaz, məgər o halda ki, zəngin ondan əsirgəyər”. İmam Əli (ə) buyurur: “Bir simic və tamahkar zəngin, bir səxavətli yoxsuldan daha yoxsuldur”. Həzrət Peyğəmbər (s) buyurur: “Yoxsulluq Allah yanında olan elə bir xəzinədir ki, ona ancaq Allahın sevdiyi möminlər düçar olarlar”. Həzrət Rəsulallah (s) başqa yerdə buyurur: “Yoxsulluq – dünyada xarlıqdır, axirətdə isə iftixardır”. Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Yoxsulluq mənim iftixar mənbəyimdir”. /Deyerler.org/ Oxşar xəbərlər
|