Qəzəbin səbəbi nədir?
Həvarilər Həzrət İsaya (ə) deyirlər: “Ey müəllim! Bizə dünyanın ən ağır şeyinin nə olduğunu öyrət”.
Buyurur: “Ən ağır şey – Allahın, Öz bəndələrinə qəzəblənməsidir”. Deyirlər: “Hansı vasitə ilə Allahın qəzəbindən amanda olmaq olar?”. Buyurur: “Öz qəzəbini yatızdırmaqla”. Soruşurlar: “Qəzəbin mənşəyi nədir?”. Buyurur: “Özünü böyük görmək, boyun qaçırtmaq, insanları təhqir etmək”. /Deyerler.org/ Oxşar xəbərlər
|