Böyük alim: “Hər səhər bir əqrəb gəlir və ayağımı sancır və gedir...”
Mьəllif: admin1
Tarix: 4-03-2021, 22:54
Böyük alim: “Hər səhər bir əqrəb gəlir və ayağımı sancır və gedir...”
Mərhum Kuleyni iki hədis nəql etmişdir ki, dilə aiddir. Onlardan birində deyilir: İmam Sadiq (ə) buyurmuşdur: “Ən mənfur insan o kəsdir ki, insanlar onun dilindən qorxarlar”.

Misal üçün, ailə üzvləri evdə onun dilindən qorxarlar. Ya dostları məclislərdə onun dilindən qorxarlar.

İmam Cəfər Sadiq (ə) başqa hədisdə buyurur: “Hər kimin ki, insanlar dilindən qorxarlar – atəşdədir”.

Bu iki hədis – çox təsirli hədislərdir. Birində buyurur ki, ən mənfur insan – pis dili olan insandır. O birisində buyurur ki, pis dilli insan atəşdədir.

Cəhənnəmə getməyə layiqlidir. Ona görə də insan dilinə nəzarət etməlidir. Çünki dil insan üçün çoxlu bəlalar gətirə bilər.

Heç unutmuram həcc səfəri zamanı mənə məhəbbəti olan tələbələrimdən biri bizimlə birlikdə idi. O zaman ki, Mədəniyə daxil olduq, mənə dedi: “Mənə elə nəsihət verin ki, səfərin axırına qədər ona əməl edim”.

Dedim: “Dilinə nəzarət et!”.

O tələbə qəlb əhlindən idi. Ancaq 3 gündən sonra gəlib dedi: “Ağacan, alınmır. Mənə başqa nəsihət verin. Dilə nəzarət etmək çox çətindir”.

Doğru deyirdi. Dilə nəzarət etmək çox çətindir. Məgər əgər Allah inayət edərsə, o zaman alınar. İnsan ancaq Allahın fəzli olarsa, dilinə nəzarət edə bilər. Bu insan fəzilətli sözlərdən başqa heç bir söz deməz.

Dilə nəzarət etməyin yollarından biri – müraqibə və mühasibədir. Bir nəfər Həzrət Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: “Ya Rəsulallah (s)! Mənə bir nəsihət verin”.

Həzrət (s) buyurur: “Dilinə nəzarət et”.

Deyir: “Başqa nəsihət də verin”.

Həzrət Peyğəmbər (s) iki dəfə həmin cümləni təkrar edir.

Üçüncü dəfə həmin şəxs yenə deyir: “Mənə nəsihət verin”.

Peyğəmbər (s) buyurur: “Dilinə nəzarət et”.

Elə insanlar vardır ki, dilləri sancandır. Ola bilsin ki, heç kəsi təhqir etmək qəsdi də yoxdur. Ancaq dili ilan və əqrəb kimidir.

Böyük alimlərdən birini yuxuda görürlər. Görürlər ki, vəsiyyəti ağırdır.

Soruşurlar ki, nə üçün?

Deyir: “Allaha həmd olsun ki, yerim, məkanım, munisim və bağım vardır. Ancaq hər səhər bir əqrəb gəlir və ayağımı sancır və gedir”.

Səbəbini soruşurlar. O, deyir ki, mən bir nəfəri dilimlə sancmışam. Gərək tövbə edəydim. Gərək peşman olaydım. Gərək bu əqrəbi öldürəydim.

Öldürmədim və o, əqrəb oldu. Gərək gedəm Qiyamətə ki, şəfaət sayəsində ölsün”.

Həqiqətən də, bəzi insanların dili sancandır. İstər savadsız olsun, istərsə də təhsil almış – fərqi yoxdur, hamısının içərisində dili sancan insanlar vardır.

İnsan gərək dilinə nəzarət etsin. Xüsusilə də ailəsində elə danışsın ki, ailə üzvləri onun dilindən qorxmasınlar.

Bir müsəlmanı təhqir etmək – əslində Allahla müharibəyə qalxmaqdır. Çünki müsəlman – Allahın ailəsidir. Hətta zarafatla belə, onu təhqir etmək olmaz.

Bu cür zarafatlar hətta elm adamları üçün belə dərd-sər yaradar. Ancaq insanların əksər hissəsi bu əməllərinə heç diqqət belə etmirlər.

Həzrət Peyğəmbər (s) buyurur: “Meracda elə insanlar gördüm ki, cəhənnəmdə dillərindən asılmışdılar. Onlar o kəslər idilər ki, dünyada həyat yoldaşlarına dilləri ilə əziyyət verirdilər”.

Beləliklə, deyə bilərik ki, sancan dilə malik olmaq – insanı cəhənnəmlik edər və aqibətini zay edər. İnsanı atəşdə yandırar. Ona görə də hələ ki, fürsət var dilimizə nəzarət edək və insanları dilimizlə incitməyik.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031