Yaxşı dost barədə zərb-məsəllər
Mьəllif: admin1
Tarix: 5-03-2021, 22:18
Yaxşı dost barədə zərb-məsəllər
Aqil insan – ictimai varlıqdır. Təbiəti elədir ki, dost olmağı və dost seçməyi sevir. Bir dost kimi hər bir yoldaşının həyatına təsirlər qoya bilir.

Ona görə də dinimiz buyurur ki, dost seçən zaman onun sifətlərinə və əməllərinə diqqət et. Hər kimlə gəldi, dost olma.

Ancaq o kəslə dost ol ki, Allaha inamı vardır və sənə faydalı olacaq elmə malikdir. Sən əgər ondan bir şey örənə bilirsənsə və bu şey sənin dininə fayda verirsə – deməli dostun həqiqi dostdur.

Dost o kəsdir ki, eybini sənə göstərər və səni boş yerə tərifləməz. Yolunu azmağına imkan verməz. Halbuki, pis dost insanı uçuruma sürükləyər və insanın aqibətini məhv edər.

Dostluq barədə zərb-məsəllərə diqqət edək:

Su əgər bağların və çiçəklərin arasından keçərsə, xoş ətirli olar. Əgər bataqlığın yanından keçərsə, pis iyli olar.

Bütün xəlqdən ən əzizi – yaxşı dostdur.

Ayla əyləşsən – Ay olarsan, qazanla əyləşsən – qara olarsan.

Aqil insanla yoldaş ol.

Əgər pis insan deyilsənsə, pis insanla yoldaş olma.

Gavalı gavalıya baxar və rəng əvəz edər.

Pislərlə pis olursan, yaxşılarla yaxşı.

Pislərlə dolaşma ki, pis olarsan.

Pak zatlı insanların söhbəti, koru görən edər.

Yaxşıların söhbəti pisləri pislikdən saxlayar.

Qəlblərdən gələn, qəlblərə gedər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031