İlahi ziyafətin qəlbində nə gizlənmişdir?
Mьəllif: admin1
Tarix: 6-03-2021, 21:28
İlahi ziyafətin qəlbində nə gizlənmişdir?
Rəcəb – Şəban və Ramazan aylarının bağlanğıcıdır.

Əllamə Ayətullah Mirbaqiri elmi bəhslərindən birində buyurmuşdur: “Rəcəb – Şəban və Rəcəb aylarının bağlanğıcıdır. Ramazan ayına və Şəban ayına hazırlıq gərək bu aydan başlasın.

Əgər Rəcəb ayının həqiqəti dərk olunmazsa, Şəban və Ramazan ayına daxil olmaq çətin olacaqdır. Ona görə də bu aylara İmam Əli (ə) vilayətindən daxil olmaq lazımdır.

Çünki Həzrət Peyğəmbər (s) buyurur: “Mən elmin şəhəriyəm və Əli (ə) onun qapısıdır”. İmam Əli (ə) – Peyğəmbər (s) şəhərinin qapısı və Allah qapısıdır.

Böyük alimlərimizdən biri buyurur: “Cavan olan zaman Rəcəb ayının 27-ci gecəsi Nəcəfdə hərəmə getdim. Günəş çıxmaq üzrə idi. Mərhum Ayətullah Fəkuru gördüm.

İstədim hərəmə gedim və o, xaric olurdu. Ayaqqabı verilən yerin qarşısında adam çox idi. O, ayaqqabısını götürdü və bir küncdə mənim qulağıma dedi: “Mən üç gündür ki, bir stəkan çaydan başqa heç nə içməmişəm. Məni yedizdir!”.

Dedim ki, yəni nə deməkdir? Bu qoca alim mənə nə demək istəmişdir?

Çox düşündüm. Hərəmə daxil oldum və 3 saat “Qədiriyyə” ziyarətini oxudum. Yoruldum və evə gəlib yatdım. Yuxuda gördüm ki, İmam Əlinin (ə) hərəmindəyəm.

Hərəm xəlvət idi və mən də bir kənarda dayanmış və ziyarət edirdim. Halım əvvəlki hal kimi idi. Ancaq gördüm ki, Fəkur ağa yerlə göy arasında bütün varlığı ilə ziyarət edirdi. Nəinki dillə, bəlkə bütün varlığı ilə Həzrətin (ə) ziyarəti ilə məşğul idi.

Başa düşdüm ki, o cənab mənə nə demək istəmişdir. Yəni, siz gec gəlmisiniz. Məbəs gecəsi artıq keçmişdir. Gərək əvvəldən nəzarət edərdiniz. Yəni, əgər insan əvvəldən nəzarət etməsə, yorular. Əgər insan qaydalara əməl etməzsə, fürsəti əldən verər”.

Bu iki ay – bir tərəfdən Ramazan ayına daxil olmağın həqiqi yoludur. Bu ikisi olmadan, Ramazan ayına daxil olmaq olmaz.

Başqa tərəfdən bu iki ay – Ramazan ayına hazırlıq aylarıdır. Ramazan ayı isə Qədr gecələrinə hazırlıq ayıdır. Yəni, insan gərək bu yollardan keçə ki, Qədr gecəsinə gəlib çata.

Ziyafət vadisinə daxil olmaq üçün bu iki-üç ayda əziyyət çəkmək lazımdır. Əlbəttə, ilk olaraq Peyğəmbərə (s) və İmam Əliyə (ə) təvəssül etmək lazımdır.

İlahi ziyafətin qəlbində Həzrət Zəhra (s.ə) mərifəti gizlənmişdir. İnşəallah, bu müqəddimə – bütün həqiqətləri dərk etmək üçün zəminə olar.

Diqqət etmək lazımdır ki, onun məqamı, qəribə bir məqamdır. Ona görə də lazımlıdır ki, bu vadi geridə qoyulsun ki, insanı Qədr gecəsinə çatdırsın.

Bu fürsətlər – çox zəngin fürsətlərdir. İnşəallah, Allah Təala bizləri Əmirəl-möminin (ə) vilayətinə, Peyğəmbər (s) nübuvvətinə, xüsusi ziyafətə çatdırar.

Qədr gecəsini, Fitr bayramını və bərəkətlərini dərk etməyə müvəffəq edər”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031