Həyatın düyünlərini necə açmaq olar?
Bəzən həyat işlərimiz düyünə düşür və hansı qapıya getsək, yenə də müsbət cavab ala bilmirik. İşimiz düzəlmir ki, düzəlmir.
Bəzən insan bir futbolçuya bənzəyir ki, futbol qaydalarından elmsiz halda meydana daxil olur və oynamağa başlayır. Hədəfi olmadan gah sağa və gah da sola top vurur. Yerə yıxılmağına görə şikayət edir və qol vurmasına görə ümidsiz olur. Halbuki, futbolçu bilməlidir ki, nə qədər zaman ərzində meydanda olmalıdır. Futbolun hansı qanunları var – onları da bilməlidir. Bilməlidir ki, hansı qapıya qol vurmaq lazımdır və hansı qapını qorumaq lazımdır. Dünya da insan üçün oyun meydanıdır. İnsan gərək səbirli olsun və həyat qanunlarından xəbərdar olsun. Hədəfi olmadan bu meydana daxil olmasın. Əgər işi düyünə düşübdürsə də, özünü itirməsin və Allahdan yardım istəsin. Çünki bütün düyünlərin açarı Ondadır. Əgər işimiz düyünə düşərsə: 1. Səbir etməli və Allaha təvəkkül edərək, Ondan çarə istəməli. 2. Nəzərə alaq ki, əgər bir şey asan əldə olunarsa, insan onun qədrini bilməz. Ancaq o zaman ki, həmin şeyə zəhmət çəkər və həmin şey əziyyətlə əldə olunarsa, o zaman onun qədrini də çox biləcəkdir. Odur ki, çoxlu dua etmək lazımdır. 3. “Lə həulə və lə qüvvətə illə billəhil-aliyyil-azim” zikrini çox demək. 4. Həyatımızda olan günahları tərk edək və tövbə edib, paklanaq. İstiğfar bir çox qapıların açarıdır. 5. Namaz və orucdan yardım alaq. Məsumlar (ə) çətinliyə düşən zaman oruc tutmağı nəzir edərdilər və hacət namazı qılardılar. 6. İmamların (ə) ziyarətinə gedək və hacətimizi istəyək. Şübhəsiz, insanların işinin düyünə düşməsinin səbəbi – günahlar və ya İlahi vacibatları tərk etməkdir. Bu zaman tövfiq insandan alınar və işlərin düyünə düşməsinə səbəb olar. Allah Təala işlərimizin bütün düyünlərini açsın! /Deyerler.org/ Oxşar xəbərlər
|