Doğruluq
Mьəllif: admin1
Tarix: 11-07-2020, 23:15
Doğruluq

Quran: "Ey iman gətirənlər! Allahdan qorxun və doğrularla birgə olun." (Tövbə-119)

Hədis:

Allahın Peyğəmbəri (s): "Cənnət qapılarından biri olan doğruluğu sizə tövsiyə edirəm."

İmam Əli (ə): "Doğruluq – danışığın ilahi fitrətə uyğunluğu, yalan isə danışığın ilahi fitrətdən uzaqlaşmasıdır."

İmam Əli (ə): "Doğruluq haqqın dilidir."

İmam Əli (ə): "Doğruluq ondan qorxsan da sənə nicat verər, yalan isə ondan özünə bir təhlükə hiss etməsən də, səni məhv edər."

İmam Əli (ə): "Doğruluq, hər şeyin düzgünlüyünün, yalansa hər şeyin fəsadının mayasıdır."

İmam Əli (ə): "Doğruluq – əmanətə sadiq qalmaq, yalan isə xəyanətdir."

İmam Əli (ə): "Kişinin dəyəri onun səyi, onun doğruluğu isə insaniyyəti qədərdir."

İmam Əli (ə): "İman odur ki, insan onun ziyanına olmuş olsa belə, doğruluğu xeyrinə olan yalandan üstün tutsun."

İmam Baqir (ə): "Söz danışmaqdan əvvəl doğru danışmağı öyrənin."

İmam Sadiq (ə): "Doğruluq izzətdir."

İmam Sadiq (ə): "Doğru danışanın əməli pakdır."

Doğru danışan

İmam Əli (ə): "Doğru danışan nicat və alicənablığın astanasında, yalançı isə uçurum və xarlığın kandarında dayanmışdır."

İmam Sadiq (ə): "İnsanların namazına, orucuna aldanmayın. Çünki bəzən insan namaza, oruca o qədər adət edir ki, onları tərk etsə, qorxu hissi keçirir. Əslində, onları doğru danışmaq və əmanətdarlıqla sınayın."

İmam Sadiq (ə): "Doğruluqdan daha yaxşısı onu danışan, yaxşı işdən daha yaxşısı ona əməl edəndir."

Ən doğru sözlər

Quran:

"Allah, Ondan başqa məbudun olmadığıdır. Şübhəsiz ki, heç bir şəkkin olmadığı qiyamət günü (Allah) sizi bir yerə toplayacaqdır. Allahdan daha sadiq (doğru danışan) kim ola bilər?" (Nisa-87)

Hədis:

İmam Əli (ə): (ən yaxşı söz barədə suala cavabından) "Allahdan başqa heç bir məbudun olmadığına şəhadət vermək."

İmam Əli (ə): "Sözlərin ən yaxşısı hal əhlinin sözüdür."



Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930