İmam Zaman ağa (ə.f) şəhid olacaqdır, yoxsa təbii ölümü ilə vəfat edəcəkdir?
İmam Zaman ağanın (ə.f) vəfatı ilə bağlı hədislər iki hissəyə bölünür. Bəzilərində deyilir ki, İmam (ə.f) təbii ölümü ilə vəfat edəcəkdir, ancaq bəzisində deyilir ki, İmam (ə.f) şəhid olacaqdır.
“Sonra onlar üzərində qələbə və hakimiyyəti yenidən sizə qaytarar, sizə mallar və oğullarla kömək edər və sizi say baxımından (onlardan) çox edərik”. (“İsra” 6). İmam Sadiqdən (ə) bu ayə haqqında nəql edilir: “Məqsəd – İmam Hüseynin (ə) səhabələri ilə birlikdə İmam Zamanın (ə.f) dövründə dirilməsidir. O halda ki, qızıldan olan papağı başına qoyub, insanlara İmam Hüseynin (ə) və tərəfdaşlarının rəcətini xəbər verir ki, möminlər şəkkə düşməsinlər. Bu, o haldadır ki, İmam Zaman (ə.f) insanların arasındadır. O zaman ki, insanlar İmam Hüseyni (ə) yaxşı tanıdılar və ona iman gətirdilər, Həzrət Hüccətin (ə.f) ölümü gəlib çatar. İmam Hüseyn (ə) ona qüsl verər, kəfənləyər və torpağa dəfn etməyi öz üzərinə götürər. Çünki İmama (ə), İmamdan (ə) başqası qüsl verə bilməz”. Başqa hədisdə İmam Sadiq (ə) bu ayə ilə bağlı buyurur: “Dünyaya ilk rəcət edən İmam Hüseyn (ə) olacaqdır. Onun rəcətidən sonra ki, 70 peyğəmbər (ə) onu əhatə etdiyi halda İmam Zaman (ə.f) üzüyünü İmam Hüseynə (ə) tapşıracaqdır. Sonra gözlərini dünyaya yumacaqdır. İmam Hüseyn (ə) də Həzrətin (ə.f) qüslünü, kəfənləməsini və dəfn edilməsini öz üzərinə götürəcəkdir”. İkinci dəstə hədislərdə deyilir ki, İmam (ə.f) şəhid olacaq. İmam Həsən Müctəba (ə) buyurmuşdur: “Allaha and olsun ki, Allahın Rəsulu (s) bu əhd və vədəni bizə ver mişdir ki, imamət əmrini Əli (ə) ilə Fatimənin (s.ə) 11 övladı əlində tutacaqdır. Bizlərdən eləsi yoxdur, məgər zəhər içərək və ya öldürülərək şəhadət şərbətini içməsin”. İmam Rza (ə) buyurur: “Bizlərdən eləsi yoxdur ki, məgər o halda ki, ya zəhərlənsin, ya da qətl edilsin”. Bu hədislərə əsasən, İmam Zaman ağa (ə.f) şəhid olacaqdır. Hətta mərhum Əllamə Məclisi buyurmuşdur ki, bu dahi insanlar ölməzlər, məgər şəhadətlə. /Deyerler.org/ Oxşar xəbərlər
|