Səxavət insana hansı bərəkətləri gətirir?
Səxavət – o əxlaqi sifətlərdəndir ki, peyğəmbərlərin (ə) xüsusiyyətindən hesab edilmişdir. Səxavət sahibinin bir çox bərəkətləri olar ki, onlarla tanış olaq.
1. Səxavətin həm fərdi və həm də ictimai təsirləri vardır ki, insan şəxsiyyətinin dəyərini artırır. Belə ki, hədislərin də buyurduğu kimi, səxavət insana başqalarının sevgisini və dostluğunu əta edir. Düşmənlərinin sayını azaldır. 2. Səxavət – insanın eyiblərini örtən örtükdür. Ona görə də insanın abrını qoruyar. 3. Səxavət ağıl ağacının meyvəsi olduğu üçün, insan ağlının artmasına da səbəb olar. Ağıl deyər: faydası yoxdur ki, insan daha çox əziyyət çəkərək, çoxlu mal toplasın. Onu özündən sonrakılar üçün qoysun. Düzgünü odur ki, özü onun vasitəsilə savab əldə etsin. 4. Səxavət cəmiyyətdəki təbəqə fasiləsini azaldar. Məhrum olanların qəzəbini yatızdırar və intiqam hissini azaldar. Nəticədə ictimai rabitələr güclənər. 5. Səxavət insanı müdafiə edənlərin sayını artırar. Onun abrını qoruyar. İmam Əli (ə) buyurur: “Cəvad və bəxşiş insanın abrını qoruyar”. 6. Səxavət və cəvad – yəqinlik nurunun şüalarıdır. Bu sifət əgər imansız insanda olarsa, onun da halı üçün faydalı olar. Hədisdə oxuyuruq ki, Allah Təala Musaya (ə) vəhy edir: “Samirini qətlə yetirmə. Çünki o, səxavətli insandır”. Həzrət Peyğəmbər (s) səxavət barədə buyurur: “Səxavətli insanı səma əhli sevir və yer əhli də sevir. Halbuki, simici səma əhli və yer əhli düşmən bilir”. /Deyerler.org/ Oxşar xəbərlər
|