Bu əməldən hətta İblis (lən) də bezardır
Mьəllif: admin1
Tarix: 11-03-2021, 20:40
Bu əməldən hətta İblis (lən) də bezardır
Töhmət və böhtan o qədər çirkin əməllərdir ki, hətta lənətlik İblis də belə, onu yerinə yetirənlərdən bezardır. Halbuki, şeytan həmişə insanların pis əməllərini bəyənir. Ancaq bu iki əməl o qədər çirkindir ki, şeytan da onun çirkin olmasını təsdiq edir.

Bəli, insanın abrını aparan əməllərdən biri də töhmət və böhtandır.

İmam Sadiq (ə) buyurur: “Əgər kimsə möminin əleyhinə söz deyərsə və niyyət onun simasını çirkin etmək və ictimai mövqeyini aradan aparmaq olarsa, onu insanların gözündən salmaq istəyərsə – Allah onu Öz dostluq mehvərindən xaric edər və şeytanın rəhbərliyi altında qərar verər. Şeytan da onu qəbul etməz”.

O kəsin ki, məada inamı vardır, heç bir zaman başqasına töhmət vurmaz. Hətta əgər insanın dini belə olmasa, insanlıq təbiəti ona bu işi görməyə icazə verməz.

Məgər o halda ki, insanlıq cildindən çıxıb, heyvanlıq cildinə girərsə.

İmam Sadiq (ə) buyurur: “O zaman ki, mömin, mömin qardaşına töhmət vurar – iman qəlbində əriyər necə ki, duz suda əriyər”.

Uca Allah bu mənfur işlərdən bizi uzaq etsin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031