Peyğəmbəri-Əkrəmin (s) rəftarı
İmam Həsəndən (ə) belə nəql olunur:
سَأَلتُ أبي (ع) عَن... مَجلِسِهِ [أي رَسولِ اللّهِ|] فَقالَ: كانَ رَسولُ اللّهِ (ع) لا يَجلِسُ ولا يَقومُ إلاّ عَلى ذِكرٍ، ولا يوطِنُ الأَماكِنَ، ويَنهى مِن إيطانِها، وإذَا انتَهى إلى قَومٍ جَلَسَ حَيثُ يَنتَهي بِهِ المَجلِسُ ويَأمُرُ بِذلِكَ، يُعطي كُلَّ جُلَسائِهِ نَصيبَهُ، لا يَحسِبُ جَليسُهُ أنَّ أحَدًا أكرَمُ عَلَيهِ (مِنهُ)، مَن جالَسَهُ أو قاوَمَهُ في حاجَةٍ صابَرَهُ حَتّى يَكونَ هُوَ المُنصَرِفَ، ومَن سَأَلَهُ حاجَةً لَم يَرُدَّهُ إلاّ بِها أو بِمَيسورٍ مِنَ القَولِ، قَد وَسِعَ النّاسَ مِنهُ بَسطُهُ وخُلُقُهُ، فَصارَ لَهُم أبًا وصاروا عِندَهُ فِي الحَقِّ سَواءً، مَجلِسُهُ مَجلِسُ حِلمٍ وحَياءٍ وصَبرٍ وأمانَةٍ، لا تُرفَعُ فيهِ الأَصواتُ، ولا تُؤبَنُ فيهِ الحُرَمُ، ولا تُنثى فَلَتاتُهُ، مُتعادِلينَ يَتَفاضَلونَ فيهِ بِالتَّقوى، مُتَواضِعينَ، يُوَقِّرونَ فيهِ الكَبيرَ، ويَرحَمونَ فيهِ الصَّغيرَ، ويُؤثِرونَ ذَا الحاجَةِ، ويَحفَظونَ الغَريبَ. قُلتُ: كَيفَ كانَ سيرَتُهُ في جُلَسائِهِ؟ فَقالَ: كانَ رَسولُ اللّهِ (ع) دائِمَ البِشرِ، سَهلَ الخُلُقِ، لَيِّنَ الجانِبِ، لَيسَ بِفَظٍّ ولا غَليظٍ، ولا سَخّابٍ ولا فَحّاشٍ ولا عَيّابٍ ولا مَزّاحٍ، يَتَغافَلُ عَمّا لا يَشتَهي، ولا يُؤيِسُ مِنهُ ولا يُحَبِّبُ فيهِ، قد تَرَكَ نَفسَهُ مِن ثَلاثٍ: المِراءِ، والإِكثارِ، وما لا يَعنيهِ، وتَرَكَ النّاسَ مِن ثَلاثٍ: كانَ لا يَذُمُّ أحَدًا ولا يُعَيِّرُهُ، ولا يَطلُبُ عَورَتَهُ، ولا يَتَكَلَّمُ إلاّ فيما رَجا ثَوابَهُ. إذا تَكَلَّمَ أطرَقَ جُلَساؤُهُ كَأَنَّما عَلى رُؤوسِهِمُ الطَّيرُ، فَإِذا سَكَتَ تَكَلَّموا ولا يَتَنازَعونَ عِندَهُ، مَن تَكَلَّمَ أنصَتوا لَهُ حَتّى يَفرُغَ. حَديثُهُم عِندَهُ حَديثُ أوَّلِهِم، يَضحَكُ مِمّا يَضحَكونَ مِنهُ، ويَتَعَجَّبُ مِمّا يَتَعَجَّبونَ مِنهُ، ويَصبِرُ لِلغَريبِ عَلَى الجَفوَةِ في مَنطِقِهِ ومَسأَلَتِهِ حَتّى إذا كانَ أصحابُهُ لَيَستَجلِبونَهُم، ويَقولُ: إذا رَأَيتُم طالِبَ الحاجَةِ يَطلُبُها فَأَرفِدوهُ. ولا يَقبَلُ الثَّناءَ إلاّ مِن مُكافِئٍ، ولا يَقطَعُ عَلى أحَدٍ حَديثَهُ حَتّى يَجوزَ فَيَقطَعَهُ بِنَهيٍ أو قِيامٍ. Atamdan Peyğəmbəri-Əkrəmin (s) oturuşu haqda soruşduqda buyurdu: “Peyğəmbəri-Əkrəm (s) zikr deməyincə, oturub-durmaz, müəyyən bir yeri özünə seçməz və belə işə də icazə verməzdi. Məclisə daxil olduqda, axırıncı kəsin yanında əyləşər və belə etməyi tövsiyə edər, əyləşənlərin hər birinə xüsusi hörmət göstərər, hətta yanında əyləşən o Həzrətə ən əziz kəs olduğunu fikirləşərdi. Peyğəmbərlə (s) bir yerdə əyləşən və yaxud ayaqüstə bir işə görə həmsöhbət olan şəxs özü ayrılmayınca, o Həzrət səbir edərdi. Ondan hacət istəyəni əliboş geri qaytarmaz, mümkün olmadıqda isə xoş bir sözlə yola salardı. Xalq onu gülərüzlülüyü və xoş əxlaqı ilə tanıyırdı, sanki onların atası idi. O Həzrətin hüzurunda heç kimin haqqı tapdanmaz, məclisində təmkin, həya, səbir və əmanətdarlıq tam gözlənilərdi, nə bir səs ucalar, nə nalayiq söz danışılar, nə də xətaları üzə deyilərdi və hamı bərabər hüquqa malik idi. Hər kəsin təqvasına görə üstünlük verilərdi. Təvazökarlıqla böyüyə ehtiram, kiçiyə isə mehribanlıq göstərər, ehtiyaclıların işini əvvələ salar (onların işini öz işlərindən üstün tutar) və qərib kəsə ehtiram göstərərdilər.” Atamdan soruşdum ki, Peyğəmbər (s) məclisdə əyləşənlərlə necə rəftar edirdi?” Buyurdu: “Peyğəmbər (s) həmişə gülərüz, xoşəxlaq və mülayim idi, nə qəzəblənir, nə sifətini turşudur, nə qışqırır, nə söyüş söyür, nə eyibləri açır, nə də artıq zarafar edirdi. Özü sevmədiyi şeyi bildirməz, nə başqalarını ondan küsdürər, nə də ona rəğbətini artırardı. Üç şeydən uzaq idi: inadkarlıq, uzun-uzadı danışıq və boşboğazlıqdan. Üç şeyi də camaata rəva bilməzdi: kimsəni məzəmmət etməz, onun eybini tutmaz və əyri işlərini arayıb-axtarmazdı. Yalnız bir sözün savabı olduqda danışardı. Söhbət edərkən yanında əyləşənlər sakit qalar, sanki başları üstə bir quş oturmuşdur. Sükut edərkən də onlar danışar və hüzurunda iğtişaş salmazdılar. Hər kəs söhbət etsəydi, sözünü qurtarana qədər ona qulaq asardılar. Peyğəmbərin (s) hüzurunda onların danışığı elə birinci şəxsin danışığı idi. Güldükləri şeyə o da gülər, təəccübləndiklərinə də təəccübünü bildirərdi. Bəzən görüşə gələn qərib adamın quru, mənasız danışıq və istəyinə təmkinlə səbir edər, nəhayət, səhabələri işə qarışdıqda buyurardı: “Ehtiyacı olanı gördükdə, ona yardımınızı əsirgəməyin.” (Danışıqlar zamanı) yalnız imanlı şəxsin tərifini qəbul edər və heç kimin də sözünü həddini aşmayınca kəsməzdi. Belə ki, ya danışmağa icazə verməz, ya da ayağa qalxaraq sözə son qoyardı.” (“Dəlailun-nubuvvət”, Beyhəqi, c.1, səh.290.) Maide.az Oxşar xəbərlər
|