Ayətəl-kürsi oxumaq istəyən adam 3 ayəni də oxumalıdırmı?
Əksər hədis və rəvayətlərdə “ayətəl-kürsi” deyilərkən Bəqərə surəsinin 255-ci ayəsi (“Əliyyül-Əzim” kəlməsinə kimi) nəzərdə tutulub.
Hədislərdə tək halda “ayə” kəlməsinin işlənməsi və yalnız bu ayədəki “kürsi” sözünün əlavə edilməsi də bu fikri qüvvətləndirir. Əksər təfsirçilər də məhz Bəqərə surəsinin 255-ci ayəsini ayətəl-kürsi olaraq təfsir ediblər. Lakin bəzi hədislərdə ayətəl-kürsini sonrakı iki ayə ilə birlikdə oxumaq tövsiyə edilib. Ənənəvi olaraq, əhli-sünnə müsəlmanlar arasında təkcə Bəqərə surəsinin 255-ci ayəsi, şiələr arasında isə 255, 256 və 257-ci ayələri ayətəl-kürsi sayılır. Rəhmətə gedən şəxsin dəfn gecəsində qılınması müstəhəb olan vəhşət namazında da müctəhidlər ehtiyata görə hər 3 ayəni oxumağı məsləhət görürlər. Oxşar xəbərlər
|