Ölülər bir-birini görürlərmi?
Qurani-Kərimin və hədislərin nəzərinə görə, insan Qiyamətə düşməzdən əvvəl bərzəx adlı bir aləmdə yaşayar.
Bu aləmdə olan ölülər öz əməllərinin bəhrəsinə çatarlar. Ya cənnətlik olarlar, ya da cəhənnəmdə cəza çəkərlər. Bəs ölülər bərzəx aləmində bir-birini görürlərmi? İmam Sadiq (ə) buyurur: “Möminlərin ruhları bir-birini tanıyarlar və söhbət edərlər. Təzə gələn ruh olan zaman deyərlər: “O, böyük qorxudan çıxmışdır və qoyun sakitləşsin”. Sonra soruşarlar: “Filankəs nə edir?”. Əgər desə ki, mən ölən zaman sağ idi, ümidvar olarlar ki, onların yanındadır. Əgər desə ki, məndən əvvəl ölmüşdür, deyər ki, əzaba düşmüşdür. Əgər təqvalılardan olsaydı, bizim yanımıza gələrdi””. Kənnasi nəql edir: “İmam Baqir (ə) buyurmuşdur: “Allah behişti qərbdə xəlq etmiş və sizin Fərat çayınız oradan gələr. Möminlərin ruhları hər gecə qəbirlərindən çıxarlar və onlar üçün düşən meyvələrdən yeyərlər. Bir-biri ilə ğörüşərlər və bir-birini tanıyarlar. Səhər açılan zaman yerlə göy arasında olan səmada uçarlar və get-gəl edərlər. Günəş çıxan zaman öz qəbirlərinə çatarlar və havada bir-biri ilə görüşərlər və bir-birini tanıyarlar. Allahın şərqdə cəhənnəmi vardır ki, ora kafirlər üçün xəlq edilmişdir. Gecəni orada zəqqum yeyərlər və səhər açılan zaman Yəməndə Bərəhut adlı yerə ki, dünyanın başqa yerlərindən daha istidir gedərlər və orada bir-biri ilə görüşərlər. Bir-birini tanıyarlar. Gecə olan zaman atəşə qayıdarlar. Qiyamət gününə qədər belə olar”. İmam Sadiq (ə) buyurur: “Möminlərin ruhları bərzəxdə bir-biri ilə görüşərlər”. Bu zaman bir nəfər deyir: “Görüşərlər?”. İmam (ə) buyurur: “Bəli, bir-biri ilə söhbət edərlər və bir-birini tanıyarlar. Nə zaman kimisə görsən – deyərsən ki, filankəsdir”. Həzrət İmam Sadiqdən (ə) soruşurlar: “Möminlərin ruhları haradadır?”. Həzrət (ə) buyurur: “Möminlərin ruhları behişt mənzillərindədir. Oranın təamlarından yeyərlər və içəcəklərindən içərlər. Bir-birini görərlər və ziyarət edərlər”. Soruşur: “Bəs kafirlərin ruhları haradadır?”. Həzrət (ə) buyurur: “Kafirlərin ruhları atəşdədir və oranın yeyəcək və içəcəklərindən istifadə edərlər. Bir-birini görər və bir-biri ilə görüşərlər”. /Deyerler.org/ Oxşar xəbərlər
|