Əgər Allahın və Peyğəmbərin (s) sizi sevməsini istəyirsinizsə…
Mьəllif: admin1
Tarix: 13-03-2021, 17:13
Əgər Allahın və Peyğəmbərin (s) sizi sevməsini istəyirsinizsə…
Mübarək dinimiz müsəlmanlara həmişə tövsiyə edir ki, başqa insanlarla Allah bəyənən kimi rəftar etsinlər. Bəs bu rəftar necə olur?

Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, bəndələr Allah qarşısında dayanarlar, car çəkən car çəkər: “O kəsin ki, muzdu Allahladır – ayağa qalxsın və behiştə getsin”.

Soruşarlar ki, kimin muzdu Allahladır?

Deyər: “İnsanlara güzəşt edənin””.

İmam Rza (ə) buyurur: “O kəs ki, yoxsul müsəlmanla görüşər və zənginə verdiyi salamdan qeyrisini ona verərsə, Qiyamət günü Allahla o halda görüşər ki, ona qəzəblənmişdir”.

İmam Rza (ə) buyurur: “Hər kim möminin çətinliyini və qəmini aradan apararsa, Allah Qiyamət günü qəmi onun qəlbindən aradan aparar”.

İmam Sadiq (ə) buyurur: “Allahın sevdiyi sədəqə ibarətdir: insanların arasını islah etmək – o zaman ki, rabitələri qaralar, onları bir-birinə yaxınlaşdırmaq – o zaman ki, bir-birindən uzaq düşərlər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim yetimə himayəçilik edər, o zamana qədər ki, ehtiyacsız olar – Allah bu səbəbə görə behişti ona vacib edər”.

İmam Rza (ə) buyurur: “Həqiqətən ən pis insan o kəsdir ki, (insanlara) yardımını saxlayar, tək yemək yeyər və əlinin altında olanları vurar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Əgər Allahın və Peyğəmbərin (s) sizi sevməsini istəyirsinizsə, sizə əmanəti tapşıran zaman onu sağlam şəkildə qaytarın. Danışan zaman düz danışın və qonşularınızla yaxşı rəftar edin”.

Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü Allah yanında ən ali mərtəbəli insan o kəsdir ki, yer üzərində insanların xeyirxahlığı və hidayəti üçün daha çox addım atar”.

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Allaha və Peyğəmbərə (s) ən yaxın insan o kəsdir ki, salamı birinci verən olar”.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031