Adamın başına bəla gəlməsinin fəlsəfəsi nədir?
Mьəllif: admin1
Tarix: 15-03-2021, 22:37
Adamın başına bəla gəlməsinin fəlsəfəsi nədir?
Qurani-Kərim və hədislərə əsasən, insana nazil olan bəlaların müxtəlif səbəbləri vardır. O cümlədən:

1. İlahi imtahandır. Allah Təala bəndələrini bəzən bəla göndərərək, imtahana çəkər. “Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və (ağac) məhsulların(ın, yaxud arvad-uşaq kimi həyat səmərələrinin) azlığı ilə imtahan edəcəyik. Səbir edənlərə müjdə ver”. (“Bəqərə” 155).

Bu imtahanlar sayəsində:

a). İstedadlar inkişaf edər. İmam Əli (ə) buyurur: “Hallar dəyişən zaman insanların gövhəri məlum olar”.

b). İmanı inkişaf etdirmək olar. Həzrət Peyğəmbər (s) buyurur: “Cəbrayil (ə) buyurur ki, Allah Təala buyurmuşdur: “Mömin bəndələrim arasında elə kəs vardır ki, yoxsulluqdan başqa heç bir şey imanını islah etməz. Elə ki, zəngin etsəm, həmin sərvət imanının məhv olmasına səbəb olacaqdır.

Mömin bəndələri arasında elə kəs vardır ki, ancaq sərvət ilə imanı islah olar. Əgər onu yoxsul etsəm, imanının məhv olmasına səbəb olacaqdır.

Mömin bəndələrim arasında elə kəs vardır ki, ancaq xəstəliklə imanı islah olar. Əgər cismini sağlam etsəm, həmin sağlamlıq imanını aradan aparacaqdır.

Mömin bəndələrim arasında elə kəs vardır ki, ancaq sağlamlıqla imanı islah olar. Əgər onu xəstə etsəm, həmin xəstəlik imanını aradan aparacaqdır.

Həqiqətən, Mən müdrik və agaham””.

c). Dərəcəsi artar. İmam Sadiq (ə) buyurur: “Bəndənin Allah yanında dərəcəsi olar ki, əməli vasitəsilə o dərəcəyə çatmaz. Ona görə də Allah onu bədənində, ya malında, ya övladında müsibətə düçar edər ki, əgər səbir edərsə – Allah onu həmin dərəcəyə çatdırar”.

2. Günahların kəffarəsidir. Bəlaların nazil olmasının səbəblərindən biri də insanların günahlarıdır. İmam Baqir (ə) buyurur: “Hər kim pis əməl yerinə yetirər – onun cəzasını görər”.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031