Behiştdən nazil olan 3 daş
Mьəllif: admin1
Tarix: 16-03-2021, 22:33
Behiştdən nazil olan 3 daş
İmam Muhəmməd Baqir (ə) buyurur: “Behiştdən nazil olan üç daş ibarətdir:

1. İbrahim məqamı.

2. Bəni-İsrayil daşı.

3. Həcərul-əsvəd.

O zaman ki, Allah onu İbrahimə (ə) tapşırmışdı, kağızdan da ağ idi. Bəni-Adəmin günahları sayəsində qaraldı”.

Allah Təala Qurani-Kərimdə Bəni-İsrayil barəsində buyurur: “Və onlara (alınlarına həqirlik,) xarlıq və möhtaclıq damğası vuruldu və Allahın qəzəbinə layiq oldular.

Bu (xarlıq) ona görə idi ki, onlar həmişə Allahın nişanələrinə kafir olur və Allahın peyğəmbərlərini haqsız yerə öldürürdülər. Bu (küfr və peyğəmbərlərin öldürülməsi isə) ona görə idi ki, onlar itaətsizlik edir və həmişə öz hədlərini aşırdılar”. (“Bəqərə” 61).

Bəni-İsrayil Allahın qəzəbinə düçar olmuşdur. Bu da ona görədir ki, onlar daima Allahın nişanələrinə qarşı kafir olurdular. Peyğəmbərləri (ə) öldürürdülər.

İmam Sadiq (ə) bu ayəni tilavət edir və buyurur: “Allaha and olsun ki, onlar öz əlləri ilə öldürmürdülər və qılıncla vurmurdular. Onların sözlərini eşidir və onları ifşa edirdilər. Nəticədə o peyğəmbər (ə) həbs olunur və qətl edilirdi”.

Bu səbəbdəndir ki, İmam Baqir (ə) buyurur: “Ən üstün söz ki, sizin barənizdə deyilməsini istəyərdiniz, insanlara (bunu) deyin”.

Beləliklə deyə bilərik ki, Allah bəşər üçün behiştdən üç daş nazil etmişdir. Bu daşlara olan münasibət təbərrük kimi olmalıdır. Ən əsası isə, insan öz əxlaq və rəftarına diqqət etməlidir ki, bu təbərrükə layiq bir durumda olsun.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031