Bu çalışma insanı, insan edər
İnsanın başqa varlıqlardan üstün olması ağlına görədir. Bununla yanaşı, hər bir insan başqa insandan kamala çatmaq, mal və dövlətə ürək bağlamaq... sifətləri ilə fərqlənir.
Bu hiss insanın cavidan bir varlıq olmasını sübut edir. Bəzən bu hiss insanın taleyini əlinə alar və həyat yolunu müəyyən edər. Öz qüdrəti sayəsində ağlın görməyini azaldar və məhdud edər. Məhz buradadır ki, əxlaq işə düşər və hisslərin düzgün yönlənməsinə yardım edər. Ona görə də insanın insan kimi formalaşması əxlaqın əsil risalətidir. İmam Əli (ə) buyurur: “O kəs ki, özünü əxlaqa bürüyər və şəxsiyyətini yetişdirər – insandır, əks halda heyvan olacaqdır”. Əxlaq elminin risaləti budur ki, insanın müxtəlif istedadlarını tanıyaraq, müxtəlif meylər arasında balansı təmin edər və nəfsi tərbiyə edər. Bu zaman insan kamala çatar. İnsan o yerə çatar ki, öz kamalı sayəsində İlahi sifətlərin məhzəri olar. Beləliklə, demək olar ki, əxlaq elminin risaləti – bəyənilmiş sifətləri tanımaq və ona yiyələnmək, nəfsi bəyənilməmiş sifətlərdən təmizləməkdir. /Deyerler.org/ Oxşar xəbərlər
|