İnsanın əməlinin, onun ömrünün uzun olmasındakı rolu
İnsan ömrü sərmayədir və kamala çatmaq üçün ona verilən fürsətdir. Ancaq bu fürsətin müəyyən həddi və dərəcəsi yoxdur. Onun uzun və ya qısa olması – insanın əməlindən asılıdır.
İnsanın qidalanması, bədənini sağlam saxlaması və təhlükədən qorunması amilləri ilə yanaşı, bəzi amillər də vardır ki, insan ömrünün miqdarına təsir edir. Bəzi günahları yerinə yetirmək kimi. O cümlədən ata və anaya ağ olmaq, qohumluq əlaqəsini kəsmək, yalan danışmaq... kimi. Bu əməllər səbəb olar ki, insan dünyadan təbii ölümlə getməsin, bəlkə ani ölüm onu yaxalayar. Ancaq bəzi əməllər vardır ki, insan ömrünü uzada bilir. O cümlədən xeyir işlər, sədəqə vermək, sileyi-rəhm etmək, bir sözlə bütün saleh əməllər ki, ixlasla həyata keçər – onlar insan ömrünün uzanmasına səbəb olar. İmam Sadiq (ə) buyurur: “O kəslər ki, günahlarına görə ölürlər – İlahi ölümlə ölənlərdən daha çoxdurlar. O kəslər ki, yaxşı əməllərinə görə uzun ömür əldə edirlər – təbii amillər vasitəsilə ömürləri uzananlardan daha çoxdurlar”. «(Göndərilmişəm ki,) Allaha ibadət edəsiniz, Ondan qorxasınız və mənə itaət edəsiniz». «(Belə edin ki,) O, günahlarınızdan keçsin və sizə müəyyən bir müddətədək (hər bir canlı üçün qaçılmaz olan əcələdək) möhlət versin (və ondan öncə üsyanınızın cəzası olaraq öldürməsin), həqiqətən, Allah tərəfindən əcəl yetişdiyi zaman əsla təxirə salınmaz. Kaş bunu biləydiniz». (“Nuh” 3-4). “Allah da onları günahlarına görə cəzalandırdı”. (“Ali-İmran” 11). Bu ayələrdən də göründüyü kimi, insan günahının onun əcəlinin tez gəlməsində rolu böyükdür. Qurani-Kərimin başqa yerində buyurulur: “Peyğəmbərləri onlara dedilər: “Məgər göyləri və yeri yaradan Allah barəsində şübhə var?! O, sizi günahlarınızdan bəzisini bağışlamağa və sizə (ömrünüzün) müəyyən bir müddət(in)ədək möhlət verməyə çağırır””. (“İbrahim” 10). İmam Cəfər Sadiq (ə) buyurur: “Pis və fitnə gətirən işlərdən uzaq olun ki, Allah ömrünüzə bərəkət versin və onu uzun etsin”. Həzrət (ə) başqa yerdə buyurur: “Hər kim xanımı və övladları ilə xoş rəftar edər – ömrü uzun olar”. /Deyerler.org/ Oxşar xəbərlər
|