Günahın dərmanı vardır
Mьəllif: admin1
Tarix: 22-03-2021, 10:33
Günahın dərmanı vardır
İmam Sadiq (ə) buyurur: “Həqiqətən, mömin günah edər və 20 ildən sonra yadına düşər. Allahdan o günahına görə bağışlanma istəyər. Allah onu bağışlayar”.

İmam Sadiq (ə) buyurur: “Həqiqətən, Allah o bəndəsini sevir ki, böyük günahlarında Ona diqqət edər. (Ondan bağışlanma istəyər).

Düşmən bilir o bəndəni ki, kiçik günahı az və xar hesab edər. Ona qarşı etinasız olar”.

İmam Baqir (ə) buyurur: “Allaha and olsun ki, Allah insanlardan iki sifətdən başqasını istəməmişdir:

1. Allahın nemətlərini etiraf etmək ki, neməti onun üçün artırsın.

2. Günahlarına etiraf etmək ki, Allah günahlarını bağışlasın”.

İmam Əli (ə) buyurur: “Günahdan peşman olmaq, insanı ondan əl çəkməyə vadar edər”.

İmam Sadiq (ə) buyurur: “Həqiqətən, mömin yaxşı əməl yerinə yetirmək niyyətində olar, ancaq yerinə yetirməzsə – onun üçün bir həsənə yazılar.

Ancaq əgər yaxşı əməli yerinə yetirərsə onun üçün on həsənə yazılar.

O zaman ki, mömin pis əməli niyyəti edər, amma onu yerinə yetirməzsə – onun üçün günah yazılmaz”.

İmam Cəfər Sadiq (ə) başqa yerdə buyurur: “Nə zaman bəndə istiğfar edər, (Allahdan bağışlanma istəyər), əməl dəftəri o halda yuxarı qalxar ki, parıldayar”.

İmam Sadiq (ə) buyurur: “Allah Təala mömin bəndəsi tövbə edən zaman sevinər – o kəs kimi ki, bir şeyini itirər və sonra itirdiyini tapar və sevinər”.

Əhli-Beytdən (ə) nəql olunur: “Hər bir şeyin dərmanı vardır və günahın dərmanı – istiğfardır”.

Mübarək Şəban ayının ən çox tövsiyə olunan bu əməlini yerinə yetirək və Allaha yaxın olaq.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031