İnsana rahatlıq hissi verən 3 təbii şey
Müqəddəs Quran insana rahatlıq verə biləcək üç təbii şeyi bizlərə tanıtmışdır ki, onlara işarə edək.
1. Torpaq. “Həmin O Allah ki, yeri sizin üçün (sərilmiş) döşənəcək və göyü (ucaldılmış) bina etdi”. (“Bəqərə” 22). “Həmin O (Allah) ki, yeri sizin üçün döşəyərək beşik edib, onda sizin üçün yollar açıb və göydən (yağış, qar və dolu şəklində) su nazil edib. Biz onun vasitəsi ilə (torpağın altından) müxtəlif növlü rəngbərəng bitkilər çıxartdıq”. (“Taha” 53). “(O şəriklərmi yaxşıdır,) yoxsa yeri (insanlar üçün) sabit və aram edən və onun aralanan yerlərindən çaylar axıdan sabit və möhkəm dağlar yaradan, iki dənizin arasında maneə qoyan kəs?!”. (“Nəml” 61). “Allah yeri sizin üçün yaşayış yeri və göyü (müxtəlif bərəkətləri sizə nazil olsun deyə, başınızın üzərində) bina edən, sizi şəkillərə salan və surətlərinizi gözəl edən və sizə (var-dövlət, övlad və həyat yoldaşı kimi maddi və ağıl, elm və din kimi mənəvi) paklardan ruzi verəndir”. (“Ğafir” 64). Bu ayələrdən göründüyü kimi, torpaq insan üçün yerləşdiyi məkan və rahatlıq yeridir. 2. Bitkilər və ağaclar. Bitkilər və ağaclar da insana rahatlıq hissi verən təbii amillərdəndir. Bitkilərin gözəlliyi insanda kədəri azaldar və ona hüzur bəxş edər. “Və göydən (yağış, qar və dolu şəklində) su nazil edən Odur. Beləliklə onun vasitəsilə (torpağın altından) bütün bitki növlərini (bütün toxumların bitkisini) çıxartdıq. Sonra ondan tumurcuq və yamyaşıl bir gövdə yetişdirdik ki, ondan (da dənli bitkilərin) üst-üstə yığılmış dənləri(ni) çıxardırıq. Xurma ağacının tumurcuğunun bir-birinə yaxın salxımları vardır. Həmçinin üzüm ağaclarından bağlar, (eləcə də) bir-birinə oxşayan və oxşamayan zeytun və nar (ağacları yetişdiririk). Bar verərkən onun meyvəsinə və necə yetişməsinə baxın. Şübhəsiz, onlarda iman gətirən dəstə üçün (Allahın tövhid, qüdrət və hikmətini göstərən) nişanələr vardır”. (“Ənam” 99). “(O şəriklərmi yaxşıdır,) yoxsa göyləri və yeri yaradan, göydən sizə (yağış, qar və dolu şəklində) su nazil edən? Beləliklə (həmin suyun) vasitəsilə gözəl, yamyaşıl və könül oxşayan bağlar yetişdirdik ki, onların ağaclarını bitirmək sizin üçün müyəssər deyildi! Məgər heç tək olan Allahla yanaşı başqa bir tanrımı var? (Xeyr,) əslində onlar (Allahdan) üz döndərən və Ona şərik qoşan bir tayfadırlar”. (“Nəml” 60). İmam Sadiq (ə) buyurur: “Rəngarəng güllərə və yaşıl ağaclara baxmaq elə ləzzət verir ki, heç bir ləzzəti ona bərabər qoşmaq olmaz”. 3. Saf su. Su insan həyatında ən mühüm ünsürdür. Bütün canlıların yaşaması ondan asılıdır. Suyun insan həyatı üçün də mühüm rolu vardır. “Biz hər bir canlı varlığı sudan yaratdıq”. (“Ənbiya” 30). Saf suya baxmaq insana rahatlıq hissi verər. Allah suyu o qədər qüdrətli xəlq etmişdir ki, hətta ona baxmaq belə, insana rahatlıq hissi gətirər. “O zaman (Allah) Onun tərəfindən xatircəmlik olsun deyə, sizi mürgü ilə bürüdü və sizi paklaşdırması, şeytanın murdarlığını (şeytanın vəsvəsəsini və ya cənabətliliyi) sizdən təmizləməsi, qəlblərinizi möhkəmləndirməsi və qədəmlərinizi sabitləşdirməsi üçün göydən sizə su endirirdi”. (“Ənfal” 11). Allah Təala bizləri bu nemətləri dərk edənlərdən qərar versin! /Deyerler.org/ Oxşar xəbərlər
|