Heç bir zaman hidayət olmayanlar
Mьəllif: admin1
Tarix: 23-03-2021, 19:49
Heç bir zaman hidayət olmayanlar
O zaman ki, Uca Allah insanı yaratdı, onu rəhbərsiz qərar vermədi. Yaradan insan üçün müəyyən qanunlar qoydu və bunu rəsulları (ə) vasitəsilə bəşərə çatdırdı. Bu yolla doğru yolu yalandan ayırsınlar və hidayət olsunlar.

Bəzi peyğəmbərlər (ə) kitabla gəldilər, onun vasitəsilə bəşərə nəsihət verdilər. Bütün bu kitablar bir-birini tamamlayandır. Qurani-Kərim bu kitabların ən kamilidir ki, insanların hidayəti üçün nazil olmuşdur.

“Allah sözün ən gözəlini – ayələri biri digərinə bağlı və bir-birini açıqlayan, təfsir edən, (ayələrinin hamısı kəlmələrin fəsahəti, bəyanının möhkəmliyi və mənasının dərinliyi baxımından) bir-birinə bənzəyən kitab (şəklində) nazil etmişdir. Rəbblərindən qorxan kəslərin (bədənlərinin) dəriləri ondan (onu eşidəndə) titrəyər.

Sonra onların dəriləri və ürəkləri yumşalar və onlar rahatlıq və Allaha inam taparlar. Bu (vəziyyət), Allahın hidayətidir ki, istədiyi kəsi onun vasitəsi ilə doğru yola istiqamətləndirir. Allah kimi azğınlıqda boşlasa (müvəffəqiyyəti ondan alsa), onun heç vaxt bir yol göstərəni olmayacaqdır”. (“Zumər” 23).

Bu ayədən də göründüyü kimi, Quran hidayət kitabıdır. Ancaq bu Kitab buyurur ki, insanların elə dəstəsi vardır ki, heç bir zaman hidayət olmayacaqdır. Bu ayədə onların bir sifəti bəyan olunmuşdur.

O, da budur ki, hidayət ola bilməyən kəslər – o kəslərdir ki, Allah onları azğınlıqda buraxmışdır. Bu insanların yol göstərəni olmadığı üçün, onlar hidayət olmaz və azğınlıqda qalmağa davam edərlər.

Bu dəstə haqqında başqa yerdə oxuyuruq: “Allah onların qəlblərinə və qulaqlarına (bədbəxtlik) möhür(ü) vurmuşdur və onların gözlərində (qəflət) pərdə(si) vardır. Onlara böyük bir əzab veriləcəkdir”. (”Bəqərə” 7).

“Kafir olanların başçıları isə azğın və itaətsizlərdir ki, onları (hidayət) nur(un)dan (azğınlıq) zülmətlər(in)ə tərəf çıxarırlar. Onlar Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar”. (“Bəqərə” 257).

“Həqiqətən Allah iman gətirib sonra kafir olan, (daha sonra) yenə iman gətirib bir daha kafir olan, daha sonra küfrlərini artıran kəsləri, əsla bağışlayan və (doğru) yola hidayət edən deyildir”. (“Nisa” 137).

“Allah zalım qövmü əsla hidayət etmir”. (“Bəqərə” 258).

“Həqiqətən Allah kafir olub (özlərinə və başqalarına) zülm etmiş kəsləri bağışlayan və (doğru) bir yola hidayət edən deyildir”. (“Nisa” 168).

Bu ayələrdən də göründüyü kimi Allah kafirləri, zalımları, müşrikləri hidayət etməz və onları azğınlıqlarında buraxar. Allah bizləri hidayətinə layiq olanlardan qərar versin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031