Allahın vədi haqdır!
Əbu Leyladan belə nəql olunur: Peyğəmbəri-Əkrəmin (s) Həzrət Əliyə (ə) belə buyurduğunu eşitdim:
أنتَ مَعي فِي الجَنَّةِ، وأوَّلُ مَن يَدخُلُها أنَا وأنتَ وَالحَسَنُ وَالحُسَينُ وفاطِمَةُ... ثُمَّ قالَ: يا عَلِيُّ! اِتَّقِ الضَّغائِنَ الَّتي هِيَ في صُدورِ مَن لا يُظهِرُها إلاّ بَعدَ مَوتي، اُولئِكَ يَلعَنُهُمُ اللّهُ ويَلعَنُهُمُ اللاّعِنونَ. ثُمَّ بَكى (ص) وقالَ: أخبَرَني جَبرَئيلُ أنَّهُم يَظلِمونَهُ بَعدي، وأنَّ ذلِكَ الظُّلمَ يَبقى حَتّى إذا قامَ قائِمُهُم وعَلَت كَلِمَتُهُم وَاجتَمَعَتِ الاُمَّةُ عَلى مَحَبَّتِهِم وكانَ الشّانِئُ لَهُم قَليلاً وَالكارِهُ لَهُم ذَليلاً وكَثُرَ المادِحُ لَهُم وذلِكَ حينَ تَغَيَّرَتِ البِلادُ وضَعُفَ العِبادُ وَاليَأسُ مِنَ الفَرَجِ، فَعِندَ ذلِكَ يَظهَرُ القائِمُ المَهدِيُّ مِن وُلدي بِقَومٍ يُظهِرُ اللّهُ الحَقَّ بِهِم ويُخمِدُ الباطِلَ بِأَسيافِهِم ويَتبَعُهُم النّاسُ راغِبًا إلَيهِم أو خائِفًا. ثُمَّ قالَ: مَعاشِرَ النّاسِ، أبشِروا بِالفَرَجِ فَإِنَّ وَعدَ اللّهِ حَقٌّ لا يُخلَفُ، وقَضاؤهُ لا يُرَدُّ وهُوَ الحَكيمُ الخَبيرُ، وإنَّ فَتحَ اللّهِ قَريبٌ. اللّهُمَّ إنَّهُم أهلي فَأَذهِب عَنهُمُ الرِّجسَ وطَهِّرهُم تَطهيرًا، اللّهُمَّ اكلَأهُم وَارعَهُم وكُن لَهُم وَانصُرهُم وأعِزَّهُم ولا تُذِلَّهُم وَاخلُفني فيهِم، إنَّكَ عَلى ما تَشاءُ قَديرٌ. “Sən mənimlə Behiştdə bir olacaqsan. Mən, sən, Həsən, Hüseyn və Fatimə Behiştə gedən ilk kəslərik...” Sonra buyurdu: “Ey Əli, mən ölməyincə, sinələrində (sənə qarşı) kin-küdurəti gizlədənlərdən ehtiyatlı ol! Onlara Allah və lənətçilər lənət edəcəklər. Bu zaman Peyğəmbər (s) ağlayıb buyurdu: Cəbrail mənə xəbər verib ki, onlar məndən sonra ona (sənə) zülm edəcək və bu zülm onların (Əhli-beytin) Qaimi (Həzrət Məhdi) qiyam edənə, haqq sözü ucalana, ümmətin onlara məhəbbəti artana, düşmənləri azalana, kinlilər bədbəxt olana və onları tərifləyənlər çoxalana qədər davam edəcək. Buna qədər şəhərlər dağılacaq, bəndələr aciz qalacaq, ümid yeri kəsiləcəkdir. O vaxt övladım Qaim Məhdi dəstəsi ilə zühur edəcək, Allah onların vasitəsilə haqqı üzə çıxaracaq, qılıncları ilə batili əzəcək, xalq könüllü və könülsüz (qorxularından) onlara tabe olacaq.” Sonra buyurdu: “Ey camaat, sizə “fərəc” (haqqın zühuru) müjdə olsun! Allahın vədi haqdır, heç vaxt ona əks çıxmaz və hökmü dəyişməz! Hikmətli və hər şeyi biləndir! İlahi, onlar (Əhli-beyt) mənim xanədanımdır! Hər bir çirkinliyi onlardan uzaqlaşdır və onları tamamilə pak-pakizə et. İlahi, onları qoru, onlarla birgə ol, onlara kömək et, onları ucalt, xar etmə və onların arasındakı yerimi Özün tut! Doğrudan da, Sən istədiyin hər şeyə qadirsən!” (“Yənabiul-məvəddət”, c.3, səh.279, hədis 2.) Maide.az Oxşar xəbərlər
|