İlahi ədəbi necə tanımaq olur?
Möminlərin başına gələn müsibətlərin bir çoxu – etdikləri günahların nəticəsidir. Əgər biz iman iddiasında olsaq, ancaq Allahla rabitəmiz zəif olsa və özümüzü islah etməsək – Allah bizi təribiyə edəcəkdir.
Bizə müsibət nazil edərək, nəfsimizi islah edəcəkdir. Allah istəyir ki, imanlı olan insanlar ədəbli olsunlar. Allah bizləri hər bir halda öz başımıza buraxmaz və istəyər ki, bizi İlahi ədəblə tərbiyələndirsin. Mərifət əhli ədəbi üç hissəyə bölür. Birinci dərəcə odur ki, insan qorxu ilə ümid arasındakı balansı saxlaya bilsin. İkinci dərəcə odur ki, insan xof məqamından qəbz məqamına və rəca məqamından bəst məqamına nail ola bilsin. Üçüncü dərəcə odur ki, insan İlahi ədəbə məruz qalarsa, ədəbin həqiqətini tanısın və özünü İlahi ədəbdən qeyrisindən ehtiyacsız görsün. Yəni, İlahi ədəbi tanıyandan sonra, başqalarına ehtiyac gözü ilə baxmasın. Həmin ədəbi özü üçün kifayət bilsin. Bəs İlahi ədəbi necə tanımaq olar? O zaman ki, insan öz islahı ilə məşğul olar və öz nəfsini inkişaf etdirər, Allah onun qəlb və ruhunun ixtiyarını Öz əlinə alar. Bu zaman bəndə başa düşər ki, qəlbində olan qəm və şadlıq Allah tərəfindəndir, İlahi ədəbi tanımağa başlayar. Bütün bunların Allah tərəfindən olmasına dair elm əldə edər. İnsan bu yolla İlahi ədəbi tanıyar. Ədəbin həqiqəti budur ki, insan o kəs tərəfindən tərbiyə olunmalıdır ki, onun vasitəsilə var olmuşdur. Ona görə də bəndə Allah istəyən kimi rəftar edər və yaşayar. İlahi ədəbə riayət edər. Bu, ədəbin ən ali dərəcəsidir. Bu dərəcəyə çatmazdan əvvəl isə insan Allahın göstərişlərini yerinə yetirməli və mənəvi seyrinə başlamalıdır. Sonrakı mərhələdə qəlbinin islahı ilə məşğul olmalı və onu pisliklərdən təmizləməlidir. Bundan sonra bəndə İlahi ədəbi tanıma mərhələsinə çatar və ona əsasən rəftar edər. Bəli, insanı həqiqi tərbiyə edən Allahdır. Allahın ədəbi – həqiqi ədəbdir. /Deyerler.org/ Oxşar xəbərlər
|