İlahi ədəbin hansı dərəcələri var?
Mьəllif: admin1
Tarix: 31-03-2021, 21:17
İlahi ədəbin hansı dərəcələri var?
İlahi ədəbin dərəcələri vardır ki, onlarla tanış olaq:

1. Əziyyətdən xilas olmaq. O kəs ki, İlahi ədəbi tanıyar – ədəbin həqiqətinə çatar. O kəs ki, ədəbin həqiqətinə mərifət əldə edər – özünü Allahdan qeyrisinin tərbiyəsindən ehtiyacsız görər.

Özünü İlahi ədəbə uyğunlaşdırar və ona uyğun rəftar edər. Bu zaman heç bir əziyyət hiss etməz. Yəni, vacib əməli yerinə yetirmək və haram əməli tərk etmək – onun üçün bir daha çətin və əziyyətli olmayacaqdır.

Bu məqam ismət məqamıdır ki, İlahi övliyalara şamil edilir. Ona görə də bəndə qəlbini ədəbləndirərək İlahi övliyaların çatdığı məqama çata bilər.

2. Nisbi ismətə çatmaq. Mütləq ismət odur ki, insan məsum olsun. Ancaq nisbi ismət odur ki, insan özünü ədəbləndirərək, ismətin müəyyən dərəcəsinə çata bilər və xatalardan uzaq ola bilər.

Belə insan bəzi haramlara çox asan göz yuma bilər. Belə insan İlahi hədlər sayəsində tərbiyə olunar. Mərifət əhli buna nisbi ismət məqamı deyərlər.

3. Başqa ədəbə ehtiyac duymaz. O zaman ki, İlahi ədəbin həqiqətini dərk edər – başa düşər ki, Allahdan başqa heç kəsin tərbiyəsinə ehtiyacı yoxdur.

Özünü Allahdan qeyrilərinin dediklərindən ehtiyacsız bilər. İstər zahiri əməldə olsun, istərsə də batini və qəlbi əməldə.

4. Şuhud məqamına çatar. İnsan ilk olaraq əza və bədənini islah edər. Başqa sözlə desək, xarici əməllərində İlahi qanunlara əməl edər.

Vacibatları yerinə yetirib, haramlardan çəkinəndən sonra batininə müraciət edər və rəca ilə xof arasında olan balansı tənzim edər.

Bu mərhələni də arxada qoyandan sonra, o yerə çatar ki, artıq tərbiyə olmaq onun əlində olmaz. Allah onun tərbiyəsi ilə məşğul olar.

Belə bir bəndə şuhud məqamına çatar və bütün mövzular onun üçün həll olmuş olar. (Həvzəh)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031