Nə edək ki, etiqadımız möhkəm olsun?
Mьəllif: admin1
Tarix: 31-03-2021, 23:25
Nə edək ki, etiqadımız möhkəm olsun?
Əgər bizim etiqadımız möhkəm deyildirsə, onun səbəbini həm zahirdə və həm də batində axtarmaq lazımdır. Baxmaq lazımdır ki, insan niyə şəkk edir?

Əgər insan nəzəri mövzularına görə şəkk edirsə, bu mövzunu düzəltmək asandır. Belə ki, insan həmin mövzuları təkrar mütaliə edərək və dərk edərək, bu şəkkini aradan qaldıra bilər. Şəkk o zaman təhlükəlidir ki, insan həmin şəkki aradan qaldırmaq fikrində olmasın.

Ona görə də şəkki aradan qaldırmağın ilk addımı budur ki, onun kökünü axtarmaq lazımdır. Nəzəri və ya əməli olduğunu müəyyən etmək lazımdır.

Sonra həkimə gedən kimi, onu müalicə etmək lazımdır.

Burada yaranan ən mühüm nöqtə odur ki, insan hansı yaşda olursa-olsun, mövzunu dərk edə bilir, yoxsa yox. Adətən cavanların zehni daha iti olar. Hədislərimiz də tövsiyə edər ki, övladlarınıza hələ kiçik yaşlarından dini təlim verməyə başlayın.

İkinci nöqtə budur ki, etiqadi mövzu bizim üçün tamamilə aydın olsun. Yəni, mövzunu kamil şəkildə dərk etmiş olaq. Şəkk o zaman yaranar ki, insan hansısa elm sahəsində lazımı qədər məlumata malik olmaz. Ona görə də ikinci addım odur ki, mövzunu kamil şəkildə dərk edək.

Üçüncü nöqtə budur ki, etiqadi mövzularda ən sadə və asan mövzulardan başlayaq. Çünki etiqadi mövzuların toxumları fitrətimizdə mövcuddur. İnsan zati olaraq Allahı sevir. Allahı tanıyır.

İnsan zati olaraq yaxşı insan olmaq istəyir. İnsan məada inanır. Bunların hamısı onun fitrətində mövcuddur. Sadəcə bu toxumlara diqqət edib, onları sulamaq lazımdır.

Beləliklə deyə bilərik ki, şəkki aradan qaldırmaq üçün, ilk olaraq onun köklərini tapmaq lazımdır. İkincisi onun həkiminə müraciət etmək lazımdır.

Etiqadımızın möhkəm olması üçün bu mövzuları yaxşı dərk etmək lazımdır. İlk olaraq isə fitrətimizin sorağına getməli və orada toxum halında olan mövzuları sulamaq lazımdır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031