Bir əməllə şərabxor, qul və mömin bu cür bağışlanır
Mьəllif: admin1
Tarix: 1-04-2021, 22:46
Bir əməllə şərabxor, qul və mömin bu cür bağışlanır
Feyz Kaşani kitablarının birində ibrətamiz bir hekayəni nəql edir: “Şərabxor bir kişi vardı ki, evi fasiqlərin toplaşdığı məkana çevrilmişdi. Bir gün dostlarını şərab içmək üçün evinə dəvət edir. Nökərinə dörd dirhəm pul verir ki, gedib meyvə alsın.

Nökər, İlahi övliyalardan biri olan Mənsur ibni Əmmarın evinin önündən keçir və eşidir ki, o Allah bəndəsi yoxsullar üçün pul toplayır və deyir: “Hər kim ehtiyacı olan insan üçün dörd dirhəm versə, mən onun üçün dörd dua edərəm”.

Nökər həmin pulu Mənsura verir. Və o, nökərə deyir: “Sənin üçün Allahdan nə istəyim?”.

Deyir: “Allahdan mənim üçün dörd şey istəyin:

1. Qul olmaqdan azad olum.

2. Yoxsulluqdan xilas olum.

3. Ağamın tövbə edib haqq yoluna qayıtması üçün dua edin.

4. Allahın məni, ağamı və sizi bağışlaması üçün dua edin”.

Nökəri əliboş halda evinə geri qayıdır. Ağası onu bu halda görəndə deyir: “Niyə gec gəldin və meyvə gətirmədin?”.

O, başına gələnləri ağası üçün danışır. O, bu hadisədən xoşhal olur və qəlbinə oyanma qığılcımı düşür. Nökərinə dörd min dirhəm verir və deyir: “Get, səni Allah yolunda azad etdim”.

Özü isə etdiklərinə görə tövbə edir, ancaq özünü buna layiq bilmir.

Gecə yatıb yuxuda görür ki, ona deyirlər: “O şey ki, vəzifən idi – əməl etdin. O şey ki, Mənim vəzifəmdir ki, tərbiyə olmuş günahkarla bağlı edim – güman edirsən ki, yerinə yetirməyəcəyəm? Mən səni, nökərini və Mənsuru bağışladım””.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031