İntizarçıların vəzifələri – İmamı (ə) yad etmək
İntizar çəkənlərə İmamı (ə) tanımaqda və ona itaət etməkdə kömək edən, intizar yolunda möhkəm saxlayan ən mühüm məsələ canlarının təbibi ilə davamlı şəkildə əlaqə yaratmaqdır.
Doğrusu, ümmətin mehriban imamı həmişə və hər yerdə şiələrini nəzərində saxladığı və bir an belə onları unutmadığı halda, onun aşiqlərinə dünyaya və ötəri ləzzətlərə baş qatmaqla öz imamını yaddan çıxarmaq yaraşarmı?! Sevgi sevilənin qədrini bilmək, onu özündən və başqalarından üstün tutmaq deməkdir. Həqiqi dost əlini duaya qaldırdıqda, öncə ondan başlamalı, imamının zühuru üçün dua etmələridir. O həzrət buyurur: “Zühurun tezləşməsi üçün çox dua edin. Çünki sizin qurtuluşunuz onunladır.” Həmçinin həmişə bu duanı zümzümə etmə lazımdır: اَللّـهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِه في هذِهِ السَّاعَةِ وَفي كُلِّ ساعَة وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْنا حَتّى تُسْكِنَهُ اَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً “İlahi! Sənin canişinin Hüccət ibnil-Həsənə (İmam Zamana (ə)), ona və əcdadına salam və salavatın olsun, öz mәslәhәtinlә onu yer üzündə sakin edənə və uzun müddət bəhrələndirənə qədər, indi və hər an ona himayəçi, közətçi, rəhbər, köməkçi, yolgöstərən və nəzarətçi ol.” Həqiqi intizar çəkən şəxs sədəqə verərkən, əvvəl öz imamının mübarək vücudunun sağlamlıq və səhhətini düşünməli, onu xatırlamalı, şəfqət və mərhəmətinə ümid bəsləyərək ona təvəssül etməli, mübarək zühurunun həsrəti, misilsiz camalını görmək arzusu ilə sızıldamalıdır. Necə ki, “Nüdbə” duasında oxuyuruq: عَزِيزٌ عَلَيَّ أَنْ أَرى الخَلْقَ وَلا تُرى “Mənə çox çətindir ki, bütün insanları görür, səni isə görmürəm.” (“Məfatihül-cinan”, “Nüdbə” duası.) Bəli, intizar yolunun yolçusu könüllərin məşuqu adına təşkil olunan yığıncaqlarda iştirak edir, ona qarşı ürəyində bəslədiyi sevgini günü-gündən gücləndirir, “Səhlə” və “Cəmkəran” məscidlərinə və İmam Zamana mənsub müqəddəs “Sərdab”a (eləcə də, o Həzrətin adı xə xatirəsinə həsr olunmuş məclislərə) gedir. İmam Məhdini (ə) yad etməyin ən yaxşı yollarından biri də budur ki, onun intizarını çəkənlər hər gün onunla əhd-peymanlarını yeniləməli, vəfadarlıq peymanı bağlamlı və bu yolda sabitqədəm olduqlarını elan etməlidirlər. “Əhd” duasının bir hissəsində belə deyilir: اللَّهُمَّ إِنِّي أُجَدِّدُ لَهُ فِي صَبِيحَةِ يَوْمِي هَذَا، وَ مَا عِشْتُ مِنْ أَيَّامِي ، عَهْداً وَ عَقْداً وَ بَيْعَةً لَهُ فِي عُنُقِي، لَا أَحُولُ عَنْهَا وَ لَا أَزُولُ أَبَداً .اللَّهُمَّ اجْعَلْنِي مِنْ أَنْصَارِهِ وَ أَعْوَانِهِ، وَ الذَّابِّينَ عَنْهُ، وَ الْمُسَارِعِينَ إِلَيْهِ فِي قَضَاءِ حَوَائِجِهِ، وَ الْمُحَامِينَ عَنْهُ، وَ السَّابِقِينَ إِلَى إِرَادَتِهِ، وَ الْمُسْتَشْهَدِينَ بَيْنَ يَدَيْهِ (Əllahummə inni ucəddidu ləhu fi səbihəti yovmi həzə və mə iştu min əyyəmi əhdən və əqdən və bəy`ətən ləhu fi unuqi, lə əhulu ənhə və lə əzulu əbədə. Əllahumməcə`lni min ənsarihi və ə`vanih, vəz-zəbbinə ənhu vəl-musariinə iləyhi fi qəzai həvaicih, vəl-mumtəsilinə li əvamirih, vəl-muhaminə ənhu, vəs-sabiqinə ilə iradətih, vəl-mustəşhədinə bəynə yədəyh.) “İlahi, bu günün sübhündə, yaşadığım günlərdə onunla bağladığım əhdi, boynumda olan beyətini təzələyirəm və heç vaxt o beyətdən əl çəkmərəm. İlahi, məni o həzrətin köməkçilərindən, onu müdafiə edənlərdən, ona lazım olan yardımlara tələsənlərdən, əmrlərini yerinə yetirənlərdən, onu himayə edənlərdən, onun istəklərinə doğru öndə olanlardan və onun gözü önündə şəhid olanlardan qərar ver!” Kim bu duanı davamlı olaraq qəlbən oxusa və duanın mənalarına diqqət yetirsə, heç zaman zəiflik göstərməz. İmam Zamanın (ə) hədəflərinin gerçəkləşməsində və zühuruna şərait yaratmaqda bir an belə dayanmaz. Belə bir şəxs, heç şübhəsiz, haqq imamın köməkçilərindən və dostlarından olacaq. İmam Sadiq (ə) buyurur: “Əhd duasını 40 sübh oxuyan şəxs bizim Qaimimizin köməkçilərindən olar. Əgər o Həzrətin zühurundan qabaq ölsə, Həzrət zühur edən vaxt Allah-Taala onu qəbirdən qaldırar (və onun köməkçiləri sırasına qatar)...” Maide.az Oxşar xəbərlər
|