Ömür keçir…
Mьəllif: admin1
Tarix: 2-04-2021, 22:11
Ömür keçir…
İmam Hüseyn (ə) buyurur: “Ey Adəm övladı! Sən ruzigar kimisən ki, bir gün keçən zaman ömrünün (bir hissəsi) səndən azalar”.

Alimlərdən birindən soruşurlar ki, halın necədir? Deyir: Ölümdən qəflət etmişəm. Günahlarım məni əhatə etmişdir. Əcəl tələsərək mənə tərəf gəlməkdədir.

Bilmirəm hansı çətinliklərə düşəcəyəm. Kimin halı məndən daha pis ola bilər ki?!”. Sonra ağlamağa başlayır.

Əbu Ətahiyyəh ərəb şairlərindən olmuşdur. O, ömrünün son günlərində olan Əbi Nəvası ziyarət etmək üçün gedir. Soruşur: “Özünü necə görürsən?”.

Əbu Nəvas cavabında deyir: “Xəstəlik məni elə bir məhvə tərəf sürükləmişdir ki, bəlanın maliki deyiləm. Görürəm ki, bədən üzvlərim bir-birinin ardınca canımdan çıxır.

Həvayi-nəfsimə itaət səyim keçmişdir. İndi qocalmış və solmuşam və Allaha itaət fikrinə düşmüşəm. Hər keçən saat ömrümü azaltmaqdadır. Bəli, günah etmişəm. Özü də çoxlu günahlar.

Ey Uca Allah, məni bağışla və mənə güzəşt et!”.

Bəli, ömrümüz ötən buludlar kimi bizi tərk etməkdədir. Ancaq bir çoxlarımız bunun haqqında düşünmürük. Axirətimiz üçün ehtiyat toplamırıq.

Halbuki, ölüm gündə beş dəfə qapımızı döyür və bizi ölümdən xəbərdar edir. Ancaq biz ona qulaq vermirik.

Allahın lütfü ilə ibrət götürənlərdən olaq, inşəallah!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031